Nida Xəbər
Şəhid xanımından general Polad Həşimova MƏKTUB: "Görüşəndə Raqufa salam de"
"Sübh tezdən acı xəbəri aldım, amma qəbul edə bilmədim, inanmadım. Düşündüm ki, yəqin səhv olub. Raquf şəhid olanda da bu cür qarşılamışdım. Sən demə, iki qəhrəman dostun ruhları artıq qovuşubmuş. Sən demə, Vətənim daha bir igid, cəsur qəhrəmanını öz qoynuna almış".
Publika.az xəbər verir ki, bu sözləri Şəhid polkovnik leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova deyib.
O bildirib ki, general Polad Həşimov Raqufun silahdaşı, dəyər verdiyi dostlarından biri olub:
"Mənim ümidim sizlərə idi, Raqufu itirəndən sonra. Sizdən gözləyirdim Raquf kimi minlərlə şəhidimizin qisasını. Əsgərinin önündə səngərdə döyüşmək, şəhid olmaq, rütbəsindən asılı olmayaraq hər bir Vətən sevdalısının əqidəsidir. 2016-cı ilin qələbə ruhlu aprel döyüşlərindən sonra mən yalnız bacardıqca Şəhidlərimizi gənc nəslə tanıdıb, onların döyüş yolunu təbliğ etmişəm. Qisas gününü gözləmişəm, itirdiklərimizin, şəhid ruhlarının, şəhid Vətənimizin qisasını".
"Bu gün o gündür. Artıq yetər bu mənfur düşmənlə hər savaşdan sonra atəşkəsi bərpa etmək. Yetər şəhidlərimizin məzarı önünə başıaşağı günahkar kimi getmək! Bu Vətən bizimdir! Hər bir şəhidimiz bu Vətənin bir daşı, torpağıdır! Vətən naminə birləşməliyik, içimizdəki xainləri məhv edib, düşməni birdəfəlik yarandığı torpaqlara geri oturtmalıyıq. Bu qədər qanın içərisində mən atəşkəs yox, qisas istəyirəm. Qarabağ uğrunda şəhid olan bütün qəhrəmanlarımızın qisasını. Ya məhv olaq, ya da xalq kimi zəfərlə doğulaq! Daha kimin şəhid olmasını və ya daha nə baş verməsini gözləyirik. Arxalı, harınlamış yağı düşmən artıq dövlət sərhədimizi pozur. Hamımız öz cəbhəmizdə döyüşə hazırıq. Yetər ki, torpaqlarımız azad olunsun. Yetər ki, biz şəhid ailələrinin göz yaşı qurusun. Düşmənə aman verməyək. Bu gün bütün Azərbaycan döyüşçüdür. Ruhun şad olsun, cənab general. Görüşəndə Raqufa salam de", - deyə Sevinc Orucova əlavə edib.
-
Dünya18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü
-
MDB15:30Bir gündə mindən çox döyüşçü itirdilər
-
Magazin215:03Məşhur müğənni çayxanada konsert verdi, polis obyekti bağladı - VİDEO
-
Sağlamlıq14:27Bahalı kürüyə pul xərcləməyə dəyərmi? – Həkimdən vacib tövsiyə
-
Əmlak14:00Talıbovun 73 milyonluq villası üzə çıxdı - FOTO
-
MDB12:56Toyda atəş açdı, 4 nəfər saxlanıldı - VİDEO
-
Maraq dünyası12:47Vyetnamda müəmmalı hadisə: "Bura necə gəldiyimi bilmirəm" - FOTO











.jpg)


























