Nida Xəbər
Nazirdən şəhid pilotun ailəsinə BÖYÜK JEST
2019-cu ildə Xəzər dənizində MİQ-29 təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin dəfninin 24 iyulda birinci ildönümü qeyd olunacaq.
Publika.az xəbər verir ki, şəhidin rayonda yaşayan anası və qardaşları paytaxta gəlmək üçün xüsusi icazə almaq məqsədilə rayon polis idarəsinə müraciət edib. Lakin onlara müsbət cavab verilməyib.
Bundan sonra şəhidin qardaşı Nicat Atakişiyev Daxili İşlər naziri Vilayət Eyvazova rəsmi müraciət ünvanlayıb.

Nazirliyin saytına ünvanlanan müraciətə bir neçə saat ərzində müsbət cavab gəlib. Şəhidin ailəsinə il mərasimində iştirak etmək üçün Bakıya gəlməyə icazə verilib.
Məlumatı Azərbaycanın Kikboksinq üzrə Federasiyasının sabiq vitse-prezidenti, sabiq məşhur idmançı Güloğlan Cabbarov sosial media hesabında paylaşıb.
Qeyd edək ki, 31 avqustadək davam edəcək karantin rejimi çərçivəsində paytaxt giriş-çıxış yolları bağlıdır. Yalnız xüsusi icazəyə malik şəxslərin Bakıya hərəkətinə icazə verilir.
Zümrüd
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)