Nida Xəbər
Əfqanıstan prezidentindən Azərbaycana BÖYÜK DƏSTƏK
Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş toqquşmalarda Azərbaycan hərbçilərinin və mülki şəxsin həlak olması ilə bağlı başsağlığı verib.
Publika.az xəbər verir ki, o, başsağlığını iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevə telefon danışığı zamanı çatdırıb.
Məhəmməd Əşrəf Qani vurğulayıb ki, Əfqanıstan bu məsələdə Azərbaycanın yanındadır. O, bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı ölkəsinin mövqeyini diqqətə çatdırıb.
Prezident İlham Əliyev bu qardaşlıq mövqeyinə görə minnətdarlığını bildirib, Əfqanıstanın həm birbaşa olaraq, həm də Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sərhəddə toqquşmalar zamanı Azərbaycana göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi