Nida Xəbər
Sosial şəbəkələrin nümayəndələri Bakıda oturmalıdır - Deputat
Əgər mən deyirəmsə, insanlar torpaq payı olduğuna görə yardım ala bilmir, bu, məsələnin siyasiləşdirilməsi deyil. Əslində isə məsələlərin parlamentdə siyasiləşdirilməsi daha yaxşıdır. Amma əgər mən deyirəmsə, İmişlinin 10 kəndində su yoxdur, bu da siyasiləşdirmə deyil. Əgər mən kimisə tənqid edirəmsə, bu mədəniyyət çərçivəsindən çıxmır.
Publika.az xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisin bugünkü iclasında deyib.
O bildirib ki, xaricdə oturan blogerlər burada oturan deputatlar, ölkə rəhbərliyini, birinci və ikinci şəxsləri çox ağır formada tənqidə məruz qoyur: “Buradan bizim sözümüzü parlamentdə deməyə imkan yaratdığı üçün Milli Məclis rəhbərliyinə təşəkkür edirəm. Çünki biz sözümüzü burada deməsək, siyasət kənara çıxacaq və parlament üzvləri hörmətdən düşəcək”.
R.Nurullayev onu da əlavə edib ki, sosial şəbəkələrin nümayəndəlikləri Bakıda açılmalıdır: “Keçən dəfə sosial şəbəkələrdə araşdırma apardım. Məlum oldu ki, çox baxış əldə etmək üçün nüfuzlu adamları təhqir edilər. Yutub, Feysbuk və digər sosial şəbəkələrin nümayəndələri Bakıda oturmalıdır. Biz bu məsələni siyasiləşdirməliyik ki, onlar buna getsinlər. Deməliyik ki, siz çox istifadəçi, layk qazanacaqsız, amma bizim milli, dövlət dəyərlərimizi təhqir edirlər. Məsələn, Adil Əliyev sosial şəbəkədə ən çox təhqir olunanlardandır. Dövlət başçısı sosial şəbəkədə təhqir olunur. Biz onları qoruya bilirikmi? Axı bunlar dövlətçi adamlardır, niyə sosial şəbəkələrdə tənqid olunmalıdır?”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
