Nida Xəbər
İrəvan Türk Cümhuriyyətinin xarici ölkə təmsilçiləri təyin edildi
Avqustun 15-də İrəvan Türk Cümhuriyyətinin Məşvərət Məclisinin növbəti ənənəvi toplantısı keçirilib.
Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, Məşvərət Məclisi cümhuriyyətin gələcək fəaliyyətinə istiqamətlənən təkliflərin, məsləhətlərin, önərilərin verildiyi düşüncə mərkəzi kimi artıq iki aydan çoxdur ki, fəaliyyət göstərir. Burada səslənən fikir və tövssiyyələr Millət Şurasının aldığı qərarlarda öz əksini tapır.
Məşvərət Şurasının başkanı Mülazim Pahsa sədrliyində keçirilən toplantıda dünyanın müxtəlif ölkələrinə Məşvərət Şurası təmsilçiləri elan olunub.
krayna, Kiyev - Fərhad Turanlı, Almaniya, Köln - Anar Ələkbərov, Niderland, Haaqa - İlhan Aşkın, Niderland, Amsterdam – Eldəniz Məmmədov, Belçika, Brüssel - Ayhan Dəmirçi və Bülent Gürcam, Rusiya, Sankt Peterburq - Samir Məmmədov təqdim edilmişlər. Daha öncələr isə İspaniya, Barselonaya - Vahid İmanov, Rusiya, Moskvaya - Mustafa Mustafayev və İngiltərə, Londona Ruslan Fərzəliyev təyin olunublar.
Dünyanın müxtəlif yerlərindən toplantıya qatılanlar dünyada və regionda, o cümlədən İrəvan Türk Cümhuriyyətinin həyatında baş verən mühüm hadisələr barədə Millət Şurasının sədri Qafar Çaxmaqlının məlumatını dinləyiblər. Geniş müzakirələr əsnasında İrəvan Türk Cümhuriyyətinin bundan sonrakı fəaliyyətinin istiqamətləri barədə ortaq bir fikrə gəlinib.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
















.jpg)



.png)















