Nida Xəbər
NATO PA-da Ermənistanın təxribatı məsələsi qaldırıldı
NATO Parlament Assambleyasının İqtisadiyyat və təhlükəsizlik Komitəsinin videokonfrans formatında iclası keçirilib.
Publika.az xəbər verir ki, iclasda Milli Məclisin NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak edib.
NATO PA-ya üzv və assosiativ ölkələrin nümayəndələri qatıldığı tədbirin gündəliyinə “Körfəz böhranı və qlobal enerji bazarları”, “Qara dəniz regionu: İqtisadi və geosiyasi gərginliklər” mövzusunda hesabat layihələri və təşkilati məsələlər salınıb.
Tədbirdə çıxış edən üzv ölkələrin nümayəndələri müzakirə olunan məsələlərə münasibətlərini bildirib, qeyd və təkliflərini veriblər.
İkinci hesabat layihəsinin müzakirəsi zamanı iclasda çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz müsbət töhfələrini verməkdə davam edir:
“Lakin bu yaxınlarda Azərbaycan-Ermənistan sərhəddindəki hərbi təxribatlar bir daha regionun barıt çəlləyi olduğunu nümayiş etdirdi. Xüsusilə vurğulamaq istərdim ki, Tovuz ətrafında baş vermiş hərbi təxribat enerji xətlərimizdən cəmi 15 km məsafədə idi. Bütün dünyanın COVID-19 ilə mübarizə apardığı bir dönəmdə Ermənistanın belə bir təxribata əl atması üzücüdür. Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın Azərbaycanın işğal altındakı torpaqlarına gələrək qadınlar ilə hərbi təlimlərə qatılması mövcud qığılcımı daha da alovlandırır.
Mən buradan NATO PA-ya səslənərək belə addımların qarşısının alınması üçün ciddi addımların atılmasını təklif edirəm. Bu, Qara Dəniz regionunun enerji təhlükəsizliyinin təmin olunması üçün çox vacibdir. Verilmiş imkanlardan istifadə edərək, qardaş Türkiyədən olan həmkarlarımı Qara Dənizin dibində aşkar etdikləri zəngin qaz ehtiyatlarına görə təbrik edirəm. Mən çıxışımı sonlandırmadan öncə, Türkiyə - Yunanıstan arasında son vaxtlar artan gərginliklə bağlı bir neçə cümlə danışmaq istərdim. Azərbaycanın rəsmi mövqeyi cənab İlham Əliyev tərəfindən aydın şəkildə bəyan olunmuşdur. İnanırıq ki, Aralıq dənizinin Şərq hissəsində Türkiyənin beynəlxalq hüququn prinsipləri çərçivəsindəki fəaliyyəti bütövlükdə bu bölgədə sülhə və inkişafa xidmət edəcəkdir. Bildirmək istərdim ki, Azərbaycan cəmiyyəti NATO-nun Türkiyə-Yunanıstan arasında artan gərginliyin azaldılmasındakı rolunu və səylərini çox yüksək qiymətləndirir. Çünki hər iki ölkə NATO-nun üzvüdür. Buradan NATO PA-nın bu məsələ ilə bağlı daha aktiv olmasını təklif edirəm”.
Azərbaycan deputatına çıxışına görə təşəkkür edən komitənin Latviyalı sədri İvan Klementyev diqqətə çatdırıb ki, o, iki il öncə Azərbaycanda olub və ölkənin enerji məsələləri ilə yaxından tanışdır.
Komitə sədri Avropanın enerji təhlükəsizliyinin təminatına Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirib.
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş