Nida Xəbər
Siyasi partiya rəhbərləri ilə görüş keçirilir
Oktyabrın 3-də Bakıda siyasi partiya rəhbərləri ilə “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” mövzusunda videokonfrans formatında görüş keçirilir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev iştirak edir.
Publika.az-ın məlumatına görə, görüşdə çıxış edən şöbə müdiri Ədalət Vəliyev sentyabrın 27-də səhər saatlarından Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törətdiyini, düşmənin iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutması nəticəsində cəbhəboyu rayonlarda mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olduğunu bildirib.
Sonra torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə şəhid olan hərbçilərimizin, həmçinin mülki şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalini, kəndləri, şəhərləri, infrastruktur obyektlərini hədəf alaraq artilleriya atəşinə məruz qoyması beynəlxalq hüquqa ziddir və bu təxribatın qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınır.
Ədalət Vəliyev siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayıb, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.
Ölkədə siyasi partiyalarla aparılan dialoqun uğurlu nəticələrindən də bəhs olunduğu görüş digər çıxışlarla davam edir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)