Nida Xəbər
Xalq bu mübarizədə sonadək Sizinlədir - Prezidentə yazırlar
Respublikanın müxtəlif guşələrindən, habelə Türkiyədən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məktublar gəlir.
Publika.az məktublardan bir neçəsini təqdim edir:
Kamran Əliyevdən, Tovuz, Azərbaycan
“Hörmətli cənab Prezident.
Göstərdiyiniz qətiyyət və cəsarətə, Azərbaycan xalqının yolunda fədakar əməyinizə görə Sizə dərin minnətdarlığımızı və sevgimizi bildiririk. Rəhbərlik etdiyiniz bir ölkədə yaşamağımızdan qürur duyuruq.
Bilirik ki, indiki dövr Sizin üçün qayğılı vaxtdır, amma böyükdən kiçiyə hamımız, bütün vətəndaşlarımız Sizinlə bir olduğumuzu diqqətinizə çatdırmaq istəyirik.
Zəbt edilmiş torpaqlarımızın qaytarılmasını 30 ildir ki, gözləyirdik və indi şərəfli bir yoldayıq. Xalq bu mübarizədə sonadək Sizinlədir.
İnşallah, qələbəmizi sona çatdıracağıq.
Bütün dualarımız Sizinlə və qəhrəman əsgərlərimizlədir”.
XXX
Nadir İsmayılovdan, Sumqayıt, Azərbaycan
“Hörmətli cənab Prezident.
Mən keçən əsrin sonlarında erməni vəhşiliyinin törətdiyi hadisələrin canlı şahidiyəm. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək bu vəhşiliyin qarşısının alınmasında əməyim olub. Yaralanıb əlil olsam da, işğal altındakı torpaqları geri qaytarmaq üçün düşmənlə yenidən vuruşmaq əmrini illərdi gözləmişəm və bu imkanı bizə verdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən buna çox sevinirəm, Allah Sizdən razı olsun. Hər an döyüşə getməyə hazır olduğumu Sizə bildirmək istəyirəm.
Cənab Ali Baş Komandan, göydə Allah, yerdə Sizin komandanlığınızla bizim mərd, igid övladlarımız, qardaşlarımız yaxın günlərdə Azərbaycanımızın üçrəngli bayrağını döyünən ürəyimiz olan Xankəndinin, Şuşanın ən hündür yerlərində dalğalandıracaqlar və Vətənimizin yağı düşməndən azad olub rahat və dərin nəfəs almasını görəcəyik.
Çox sağ olun, cənab Prezident. Allah Sizə yar olsun”.
XXX
Məmmədsəfa Cəbiyevdən, Astara, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Siz Azərbaycan tarixində heç bir zaman silinməyəcək tarix yazdınız. O tarix ki, o zirvəni Sizə qədər heç kim fəth etməmişdir.
Məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində doğma torpaqlarımıza olan 30 illik həsrətimizə bu günlərdə son qoyulmaqdadır. Ata-baba yurdumuzun hər qarışını şanlı Ordumuzun zəfərləri nəticəsində özümüzə qaytarır, illərdir işğal altında olan torpaqlarımızda milli bayrağımızı ucaldırıq. Bu tarixi məqamları göydə Allah, yerdə Siz bizə bəxş etdiniz, möhtərəm cənab Prezident. Siz həyatda ikən xalqımızın mənəvi atası adını qazandınız. Biz hamımız Sizin arxanızdayıq.
Yaşasın Azərbaycan Prezidenti!
Qarabağ Azərbaycandır!”
XXX
Məhəbbət Rüstəmovadan, Qəbələ, Azərbaycan
“Möhtərəm cənab Prezident.
Doğma Azərbaycanın gözəl guşəsi olan Dağlıq Qarabağı və onun ətrafındakı rayonları zorla mənimsəyən mənfur düşmənin 30 ildir ki, işğalı altında olan torpaqlarımızın sülh yolu qaytarılması üçün Siz əlinizdən gələni əsirgəmədiniz. Biz bunun canlı şahidləriyik. Lakin düşmənin fikri sülh deyil, müqəddəs torpaqlarımızı bizə unutdurmaq istəyi idi.
Sentyabrın 27-də Ordumuzun əks hücuma keçməsi barədə əmriniz böyük sevinclə qarşıladıq. Məktəbimizin şagirdləri belə Orduya yazılmaq, könüllü vuruşmağa hazırdırlar.
Müharibə gedən bu günlərimizdə Siz Azərbaycan xalqının cəsarətli Lideri olduğunuzu bir daha sübut etdiniz. Sizin kimi güclü, müdrik, böyük siyasətçi, öz xalqını sevən Prezidentimiz olduğuna görə biz Allahdan çox razıyıq. Ordumuzun əldə etdiyi nailiyyətlər Sizin apardığınız uzaqgörən daxili və xarici siyasətdən irəli gəlir. Azərbaycan xalqı Sizə arxalanır.
Allah Azərbaycan Prezidentini, Ordumuzu, xalqımızı qorusun. Amin.
Qarabağ Azərbaycandır!”
XXX
Şəmilə Məmmədovadan, Bakı, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Sizin komandanlığınızla qısa müddət ərzində əldə olunan uğurlar bir şəhid ailəsi kimi məni də qürurlandırdı. Otuz illik Qarabağ həsrətinə son qoymaq üçün gördüyünüz işlər tarixə yazılacaq, əsrlər boyu öyrəniləcək. Artıq illərlə gözlədiyimiz gün gəlib çatıb. Sizin uğurlu daxili və xarici siyasətiniz güclü Azərbaycan Ordusunu formalaşdırdı. Şübhə yoxdur ki, işğal altında olan torpaqlarımız Sizin siyasətiniz, ordumuzun gücü və xalqımızın dəstəyi sayəsində erməni təcavüzkarlarının tapdağından azad olunacaq. Qələbə Azərbaycanındır. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı kimi Sizinlə fəxr edirik.
Əziz Prezidentimiz, biz Sizə inanırıq, Sizinlə birlikdəyik. Allah Sizi, xalqımızı və Ordumuzu qorusun.
XXX
Ramil Əliyevdən, Gəncə, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Gəncə şəhər sakinləri, təhsil işçiləri Sizin apardığınız bu siyasət yolunu dəstəkləyir, hər zaman Sizə güvənirlər. Sizin və ordumuzun sayəsində, İnşallah, torpaqlarımızı azad edəcəyik. Biz buna inanırıq. Allah Sizi və ordumuzu qorusun. Hər zaman Sizinləyik. Qarabağ Azərbaycandır!”
XXX
Mehman Əmiraslanovdan, Hacıqabul, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Azərbaycan torpaqlarının mənfur düşmənlərimizdən azad olunması yolunda uzun illər apardığınız xarici və daxili siyasətin nəticəsi olaraq atdığınız addımları bütün xalqımız kimi, bir təhsil işçisi olaraq mən də tam dəstəkləyirəm. Hamımızda dərin inam var ki, çox keçməz, ay-ulduzlu üçrəngli bayrağımız Sizin komandanlığınızla şanlı ordumuzun sayəsində xalqımızın yenilməzlik, məğrurluq simvolu olan Şuşada dalğalanar. Bir tarix müəllimi kimi şagirdlərimə bu günlərdə Sizin sayənizdə yazılan Azərbaycanın qəhrəmanlıq tarixi haqqında danışmağı, məlumat verməyi özüm üçün ən şərəfli iş hesab edirəm. Uğurlar, cənab Ali Baş Komandan. Qarabağ Azərbaycandır!”
XXX
Günəş Əliyevadan, Lənkəran, Azərbaycan
“Hörmətli cənab Ali Baş Komandan.
Uzun illərdir ki, Azərbaycanımızın Qarabağ bölgəsi işğal altındadır. 27 ildən sonra doğma torpaqlarımızın azad edilməsi ilə bağlı verdiyiniz əmr bütün azərbaycanlılar kimi mənim də ürəyimcədir. Hər birimiz Sizin aldığınız qərarları dəstəkləyir və yanınızda olduğumuzu demək istəyirəm. Bu çətin, eyni zamanda, şərəfli yolda Allah köməyimiz olsun. Allahın izni ilə yaxın zamanda bütün Azərbaycan xalqına böyük qələbə xəbəri verəcəyinizə inanır və həmin xəbəri səbirsizliklə gözləyirik. Yaşasın Azərbaycan əsgəri! Yaşasın cənab Ali Baş Komandan!”
XXX
Tərxan Xudiyevdən, Cəbrayıl, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Sizin uğurlu siyasətiniz və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində 27 illik işğaldan azad olunan, 218 təsərrüfatı, 805 sakini olan Quycaq kəndinin əhalisi adından yazıram.
Quycaq kəndi Qarabağın gözəl bir guşəsində yerləşmiş və ənənələri olan bir kənddir. Erməni işğalına qədər orada 170 ev və 700 sakin olub. Quycaq kənd orta məktəbi 34 nəfər professor və elmlər namizədi yetişdirib. Birinci Qarabağ müharibəsində kəndimiz dörd şəhid verib. Bu gün də müzəffər Azərbaycan Ordusunun sıralarında onlarla quycaqlı gənc Vətən uğrunda döyüşlərdədir.
Cənab Prezident, bu illər ərzində Vətən həsrətinə dözə bilməyib rəhmətə gedənlərimizin sayı çoxdur. Siz Quycaq kəndinin işğaldan azad olunduğunu elan etdiyiniz an bütün kənd sakinlərini xoşbəxt etdiniz. Həmin gün dünyadan köçmüş Quycaq sakinlərinin ruhları da şad oldu.
Cənab Ali Baş Komandan, bu gün ayaqda olan 805 nəfər Quycaq sakini Sizin Ordunuzdur. Ağsaqqalından körpəsinə kimi hər bir Quycaqlı Ulu Öndərin və Sizin heykəlinizi artıq çoxdan qəlblərində ucaltmışlar.
Biz hamımız hər an Sizin bir əmrinizlə Azərbaycan Ordusunun ön cərgələrində yerimizi tutmağa hazırıq. Quycaq camaatı iki hadisənin intizarındadır: Uca bayrağımızın Şuşada dalğalanmasının və cənab Ali Baş Komandanın müzəffər bir Ordu rəhbəri kimi Azərbaycanın Milli Qəhrəmanı elan edilməsinin”.
XXX
Reyhanə Qəribovadan, Qəbələ, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Son günlər ölkəmizdə baş verən hadisələr məni çox təsirləndirir və bir o qədər də qürurlandırır. Sizin göstərişinizlə Ordumuz itirilmiş torpaqlarımızı işğaldan azad edərək xalqımıza qələbə sevinci bəxş edir. Bu münasibətlə Sizi və Azərbaycan xalqını təbrik edirəm.
Arzu edirəm ki, şanlı Ordumuz mənfur düşmənin əlində olan bütün torpaqlarımızı geri qaytarsın, hər bir məcburi köçkün soydaşımız dədə-baba yurdlarına qayıtsınlar.
Cənab Prezident, biz hamımız Sizi dəstəkləyir, Sizin uzaqgörən siyasətinizə inanırıq. İnanırıq ki, ən yaxın zamanda qələbə sevincini xalqa məhz Siz çatdıracaqsınız. Allah Sizi və əsgərlərimizi qorusun!
Yaşasın Azərbaycan, yaşasın Qarabağ!
Qarabağ Azərbaycandır!”
XXX
İlqar Quliyevdən, Biləsuvar, Azərbaycan
“Cənab Ali Baş Komandan.
Biz Sizinlə fəxr edirik. Fəxr edirik ki, belə bir güclü Ordumuz var və hər gün yeni-yeni qalibiyyətlərə imza atır. Mənim qardaşım hazırda cəbhə xəttindədir. Özüm də könüllü gedib əsgər qardaşlarımla çiyin-çiyinə vuruşmaq şərəfinə nail olmaq istəyirəm.
Mənfur düşməni torpaqlarımızdan qovub çıxaracağımız, erməni faşistləri üzərində zəfər çalacağımız gün çox yaxındır. Bu zəfərin Sizin dilinizdən qürurla dünyaya elan ediləcəyi günü səbirsizliklə gözləyirik.
Ulu Tanrı Sizə, komandanlığınızla vuruşan mərd igidlərimizə yar olsun!”
XXX
Nuridə Babaşovadan, Bakı, Azərbaycan
“Hörmətli cənab Prezident.
Sizi salamlayır və Azərbaycanımızın yaralı yeri olan Qarabağımızın bəzi hissələrinin işğaldan azad edilməsinə görə minnətdarlıq edirəm. Allah Sizi qorusun. Biz daim Sizə güvənmişik və bu güvənimiz heç zaman boşa getməmişdir.
Bir azərbaycanlı qadın kimi son damla qanıma qədər vuruşmağa belə hazıram. Qarabağ bizimdir, bizim olacaq! Şəhidlərin qanı yerdə qalmayacaq. Şəhidlərimizin ailələrinə başsağlığı verirəm, valideynlərinin əllərindən öpürəm. Övladlarını isə bağrıma basaraq, Azərbaycan xalqına qələbə arzulayıram”.
XXX
Turəxanım Qasımovadan, Abşeron, Azərbaycan
“Zati-aliləri, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə 30 illik həsrətə son qoyulur. Azərbaycan öz dədə-baba torpaqlarına qovuşur. Sevincimizin həddi-hüdudu yoxdur!
Vaxtilə Yeni Azərbaycan Partiyası yaradılanda onun sıralarına daxil olmuş, ulu öndər Heydər Əliyev Naxçıvandan Bakıya gəldiyi zaman onu hava limanında qarşılayan ilk partiya üzvlərindən biri olmuşam. Bizim xalq olaraq bəxtimiz onda gətirib ki, tarixin ən çətin sınağında Heydər Əliyev kimi dühanı Tanrı xilasımıza yetirdi. Siz isə onun böyük siyasətini davam etdirərək ölkəmizin firavanlığını, əzəli torpaqlara böyük qayıdışımızı təmin edirsiniz.
Dünya Azərbaycan dövlətinin öz sözünün, haqqının sahibi olduğunu gördü. Şükürlər olsun ki, bizlər də bu tarixi anın şahidinə çevrilə bildik.
Azərbaycan xalqı bu gün hamılıqla Sizin yanınızdadır. Tanrı xalqımızı qorusun.
Var olun, Ali Baş Komandan!”
XXX
Təranə Kərimovadan, Cəbrayıl, Azərbaycan
“Hörmətli Ali Baş Komandan.
Bu günlər zəfər günüdür, biz şəhid analarının ürəyinə su səpilən gündür. İnanıram ki, şəhidlərimizin qisası alınacaq.
Mən şəhid Qəhrəmanov Ruhin Əşrəf oğlunun anasıyam, hal-hazırda həyat yoldaşım və digər oğlum da döyüşlərdədi. Mən Sizə və qəhrəman əsgərlərimizə inanıram.
Tezliklə şanlı bayrağımızın Şuşada, Cıdır düzündə dalğalanacağına inanıram.
Bütün şəhid anaları adından Sizə və əsgərlərimizə minnətdaram. Allah Sizləri və əsgərlərimizi qorusun”.
XXX
Kəmalə Quluyevadan, Abşeron, Azərbaycan
“Hörmətli Prezident.
Mən Laçın rayonundan məcburi köçkünəm. Düşmən tapdağı altında olan doğma torpaqlarımız azad edildikcə qəlbim dağa dönür.
Allah sizə cansağlığı versin, cənab Ali Baş Komandan. İnşallah tezliklə qəhrəman əsgərlərimiz Azərbaycan Bayrağını Laçında ucaldar. Mənim üçün bu, çox böyük sevinc olar.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”
XXX
Recep Gürkan və başqalarından, Ədirnə, Türkiyə
“Cənab Ali Baş Komandan.
Ədirnə Bələdiyyə Məclisindəki siyasi partiyaların qrup rəhbərləri kimi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəsi və beynəlxalq hüququ pozaraq Azərbaycanın mülki yaşayış məntəqələrini və əsgərlərini ağır silahlarla hədəf alan hücumlarını qınayırıq.
Bu hücum və Tovuz hadisələri bir daha göstərdi ki, Ermənistan bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına ən böyük maneədir. Azərbaycanın beynəlxalq hüquqdan irəli gələn özünümüdafiə hüququ çərçivəsində xalqını qorumaq və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini dəstəkləyirik.
30 ildir ki, Qarabağ Ermənistanın işğalı altındadır. Biz də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına uyğun olaraq bu haqsız işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq. Lakin görünən odur ki, Azərbaycanın sülh siyasəti birtərəflidir.
Beynəlxalq ictimaiyyəti uzun müddət Ermənistanın işğalından və hücumlardan əziyyət çəkən Azərbaycanın yanında olmağa dəvət edirik. Bu münasibətlə Bələdiyyə məclisimizdəki siyasi partiyalar olaraq, şəhid azərbaycanlı qardaşlarımıza rəhmət, qazilərimizə şəfa diləyir, millətimizin həmrəylik iradəsini bir daha vurğulayırıq”.
-
Sosial20:00
Pensiya alanların NƏZƏRİNƏ: ödəniş yekunlaşdı
-
Avropa19:48
Qızın adından görüşə dəvət edib başına elə oyun açdılar ki... - 7 nəfərdən DƏHŞƏTLİ ƏMƏL
-
Mistika19:24
Ərə getmək istəyən qadın falçıya yazdı, 22 mini getdi: "Mənimlə evlənəcəksən"
-
Magazin118:36
“DNT testi verib sübut edəcəyəm ki, uşağın atası mənəm” - FOTO
-
İdman18:24
Soyuqdan qorxan futbolçu görün hansı üsula əl atdı
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi