Nida Xəbər
Ermənistan ÇALXALANIR: Paşinyan hər an... - POLİTOLOQ
“Ermənistandakı daxili vəziyyət ondan xəbər verir ki, aparıcı siyasi qüvvələr artıq Paşinyanın hakimiyyətinə dözmək niyyətində deyillər, artıq hərəkətə keçiblər. Son vaxtlar belə bir təşəbbüs irəli sürülüb ki, müxalifətdə olan aparıcı qüvvələr və eyni zamanda keçmiş rəbhərliyin nümayəndləri burada yer almaqla, milli komitə formalaşmalıdır. Bu təklif artıq gündəmdədir, müzakirə olunur. Sadəcə olaraq bu komitənin tərkibi müəyyənləşdirilir”.
Publika.az xəbər verir ki, bunu Ermənistandakı daxili siyasi gərginliyi şərh edən politoloq İlqar Vəlizadə qeyd edib.
İ.Vəlizadə deyib ki, bu komitədə köhnə hərbçilər də yer alacaq: “Bu, onu göstərir ki, artıq Paşinyana etimad yoxdur və hazırda proseslər getməkdədir. Amma o biri tərəfdən Paşinyan da bilir ki, bu yaranmış vəziyyətdə müxalif qruplar formalaşır”.
“Ermənistan ordusunda da narazılıq var. Bəzi hallarda açıq formalar alır. Bir neçə general artıq həbs olunub. İstisna deyil ki, bu ölkədə hərbi çevriliş baş tuta bilər. Müşahidələr göstərir ki, eyni zamanda separatçı qurumla orduda, hazırda fəaliyyət göstərən generallar arasında da fikir ayrılıqları var”, - politoloq əlavə edib.
İ.Vəlizadə bildirib ki, bu hadisələr ona ikinci dünya müharibəsindəki Almaniyanını vəziyyətini xatırladır: “Həmin vaxtı Yoaxim Ribbentrop Almaniyanın xarici işlər naziri idi, nəsə çabalayırdı, kiminləsə danışıqlar aparmaq əzmində idi. İndi təxminən eyni vəziyyət yaranıb. Amma hadisələr, əslində, hərbidə baş verdiyinə görə Ermənistan diplomatiyasının heç əhəmiyyəti də yoxdur. Belə halda, Ermənistan hakimiyyətinə etibar azalıb. Minsk Qrupunun həmsədrləri tərəfindən getdikcə də azalır. Çünki görsənir ki, bunlar vəd verirlər, amma sözlərinə əməl etmək iqtidarında deyillər. Ona görə, bu vəziyyətdə diplomatiya ən axırıncı rol oynayır. Vaxtilə danışıqlar prosesi uzananda burada əsas güc diplomatik məsələlərin üzərinə düşürdü, indi onların diplomatiyasının heç bir əhəmiyyəti yoxdur”.
Şamo Emin
-
Dünya13:17İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
-
Cənubi Qafqaz12:42Köçəryan və oğlunun saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Dünya09:28Rusiya sərhədi vurdu: Keçid məntəqəsində yanğın başladı
-
Sosial08:37Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər
-
Pul07:55Azərbaycanda çoxunun evində var: Atmayın, 250 manata alırlar - FOTO
-
İdman07:15İldə 30 milyon qazanır, amma xoşbəxt deyil: Səbəbini açıqladı
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq










.jpg)


.jpg)

















.jpg)

.jpg)
