Nida Xəbər
Tallində yaşayan soydaşlarımız Gəncə terroruna etiraz etdi - FOTO
İRS - Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın paytaxtı Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, aksiyada Ermənistan ordusunun Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq humanitar hüquqa zidd olduğu bir daha vurğulanıb.
Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökumətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəhşiliyinə biganə qalmamağa səsləyiblər.
Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.
Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şüarlar səsləndirilib.
Həmçinin “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev Estoniya Dövlət Televiziyasına Qarabağ həqiqətləri və Gəncə terroru barədə müsahibə verib.
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var



























.jpg)
.jpg)





