Nida Xəbər
Dünya azərbaycanlıları Şuşanın azadlığını qeyd edir - FOTO
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarının iştirakı ilə Qarabağın incisi, qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı virtual görüş keçirib.
Publika.az xəbər verir ki, xaricdəki Azərbaycan evlərinin, Koordinasiya Şuralarının, Qarabağ məktəblərinin təmsilçiləri, diaspor üzvləri əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı bugünkü tarixi çıxışına yenidən birlikdə tamaşa ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xaricdə yaşayan soydaşlarımızı bu misilsiz qələbə münasibətilə təbrik edib və qeyd edib ki, “Bu, rəşadətli Azərbaycan Ordusunun qələbəsi, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi qələbəsidir. Mən Ali Baş Komandana sizin hər birinizin təşəkkürünü çatdırıram”.
Komitə sədri daha sonra bildirib ki: “Son illər dünya azərbaycanlılarının birliyi daha da möhkəmlənib, biz bunu Koordinasiya Şuralarının, Azərbaycan evlərinin yaranması ilə daha sıx müşahidə etdik. Bu gün dünyanın hər yerində Qarabağa dəstək aksiyaları keçirilir, soydaşlarımız haqq səslərini daha ucadan qaldırırlar”.
Azərbaycanın Milli qəhrəmanı Albert Aqarunovun qardaşı Rantik Aqarunov Azərbaycan xalqını böyük qələbə münasibətilə ailələri adından təbrik edib və bu əvəzsiz sevinci bizə yaşadan şanlı Ordumuza daha böyük uğurlar arzu edib.
Çıxış edənlər bildiriblər ki: “Dövlət Bayrağı Günü ərəfəsində qədim şəhərimizin işğaldan azad edilməsi, müqəddəs bayrağımızın burada dalğalanması Azərbaycanın möhtəşəm qələbəsidir. Biz tariximzin ən şərəfli gününü yaşayırıq. Bu şərəfli tarixi yaradan Ordumuza və Ali Baş Komandana minnətdarıq. Hörmətli Ali Baş Komandan, Sizin adınız bu qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazılıb”.
Serbiya, Polşa, Macarıstan, Slovakiya, İsveçrə, İsveç, Norveç, Finlandiya, Niderland, İngiltərə, İsrail, Kanada, Estoniya, Latviya, Litva, Yunanıstan, Danimarka, Çex Respublikası, İtaliya, Malta, İspaniya Krallığı, ABŞ, Almaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə və Rusiyadan 54 soydaşlarımızın iştirak etdiyi görüşdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun əvəzsiz xidmətləri, keçirilən etiraz aksiyalarının əhəmiyyəti barədə də danışlıb, diasporun təşkilatlanmasının mühüm nəticələri ilə bağlı fikir mübadiləsi aparılıb.
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi









.jpg)

.jpg)
























.jpg)


