Nida Xəbər
Əli Məsimli: “Belarusda ekspress testlər 20-23 manatdır”
COVID-19-la mübarizə başlayandan Milli Məclis öz səlahiyyətləri çərçivəsində fəal iştirak edib. Həm qanunların qəbulu, həm dinləmələrin təşkili, həm də təbliğat baxımından deputatlar və parlament rəhbərliyi çox fəal olub. Milli Məclisdə tibb sahəsində bir sıra görkəmli şəxslər var ki, cəmiyyət tərəfindən qəbul edilir.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Əli Məsimli deyib.
O bildirib ki, COVID-19-la bağlı testlərlə əlaqədar probemlər var: “Bəzi istisnaları çıxsaq, ölkədə testlər 100-120 manatdır. Bu, olduqca yüksək qiymətdir. Həmçinin yerlərdə vəziyyət, pulsuz testlər, xəstəxanalarla əlaqədar suallar mövcuddur. Təklif edirəm ki, parlamentdə görkəmli tibb xadimlərinin iştirakı ilə dinləmə keçirilsin. Bu, cəmiyyətdə olan pessimizmin aradan qaldırılmasına kömək olardı”.
Əli Məsimli əlavə edib ki, təcrübəyə əsasən əgər virusla mübarizədə təşkilati işlər zəif olarsa, bunun fəsadları da pis olur: “Biz bu sahədə monopoliyaya çevrilən halların qarşısını almalıyıq. 100-130 manata virus testi olduqca baha qiymətdir. MDB-də ən yüksək qiymət sayıla bilər. Ekspress testlər Belarusda 20-23 manatdır. Testlərin qiyməti aşağı salınmalıdır”.
Parlamentin sədri Sahibə Qafarova isə bildirib ki, indiyə qədər Milli Məclisdə iki dəfə dinləmə keçirilib: “Hörmətli Əhliman müəllimin sədrliyi ilə belə dinləmələr olub. Əgər ehtiyac varsa, bunu edə bilərik”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
