Nida Xəbər
Azərbaycandakı rus ailələri Qarabağa qayıtmaq üçün parlamentə müraciət edib
"Qarabağın işğaldan azad edilmiş torpaqlarına qayıtmaq istəyən rus ailələrindən Milli Məclisə ərizələr daxil olur".
Bu barədə Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin bu barədə Rusiyanın “Nasionalnaya slujba novostey” informasiya agentliyinin mətbuat mərkəzində keçirilən “Rusiya parlamentarilərinin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpüsündə məlumat verib.
Deputat bildirib ki, Qarabağın işğaldan azad edilmiş ərazilərində yerləşən evlərinə qayıtmağı arzu edən rus ailələri bu barədə ona müraciət edirlər: "Məsələn, Krasnodar diyarından olan iki molokan ailəsi və Azərbaycanın Russkiye Borisı kəndindən olan daha iki ailə əvvəllər yaşadıqları Tərtər rayonuna qayıtmaq arzusunu bildirib".
M.Zabelin təəssüf hissi ilə qeyd edib ki, həmin ailələr Tərtər rayonunda əvvəllər yaşadıqları kənddən erməni silahlı dəstələri tərəfindən qovulub, kənd özü isə işğal dövründə tamamilə dağıdılıb.
Onun sözlərinə görə, azərbaycanlılar erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərin Azərbaycana qaytarılacağı günü 30 il gözləyiblər: "Yüzlərlə rus gənc Azərbaycan Ordusunun tərkibində öz torpaqlarının azad edilməsi uğrunda vuruşub. Onların arasında həlak olanlar da var. Biz bu gəncləri ehtiramla yad edirik". (report)
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur

















.jpg)

















.jpg)
.jpg)

