Nida Xəbər
Azərbaycanda bu kənd digər rayona verildi - QƏRAR
Parlament “Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, qanun layihəsi haqqında Regional komitənin üzvü Səftar Mehbaliyev məlumat verib.
O deyib ki, qanun layihəsinə dəyişiklik Şərur rayonunun Dəmirçi kəndi ilə bağlıdır: “Bu kənd Şərur rayon mərkəzindən 15 kilometr uzaqda yerləşir. Bu kəndin sakinləri rayon mərkəzindən arayış almaq üçün 30 km yol qət etməli olur. Bu, təkcə vaxt almır, eyni zamanda maliyyə itkisi deməkdir. Kənd faktiki olaraq Sədərək rayonuna yaxındır. Təklif edilir ki, bu kənd Sədərək rayon inzibati ərazisinə daxil edilsin”.
Akademik İsa Həbibbəyli qanun layihəsini dəstəkləyib və bildirib ki, bu addım Sədərək rayonun imkanlarını genişləndirəcək.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, bu dəyişiklikdən sonra parlament həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanuna texniki dəyişiklik edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
