Nida Xəbər
FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanları yad edildi
Fevralın 26-da FHN-in Akademiyasında Xocalı soyqrımının 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Publika.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, tarixin ən böyük faciələrindən biri olan Xocalı soyqırımı Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxıb. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq Xocalıya hücum edərək tariximizə qanlı hərflərlə həkk olunmuş soyqırımı törədiblər. Soyqırımı nəticəsində 613 günahsız Xocalı sakini, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib. Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirən Akademiyanın rəisi xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımının və şəhidlərimizin intiqamını alıb.
Tədbirdə Akademiyanın Humanitar fənnlər kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Fizuli İbrahimzadə “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Akademiyanın kursantları Yusif Laçınov və Cəsur İsgəndərli Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)