Nida Xəbər
Haaqada Xocalı şəhidlərinin xatirəsinə ABİDƏ UCALDILDI - FOTO
Niderland Krallığında fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə Haaqa şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan yenı abıdənın açılış mərasimi keçirilib.
Disaporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov, Türkiyənin Niderlanddakı səfiri Şaban Dişli, Niderland parlamentində Denk partiyasını təmsil edən millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropadakı müxtəlif diaspor təşkilatlarının rəhbərləri, Azərbaycan və Türkiyə icmasının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının çıxışından sonra abidənin açılışı olub, ətrafına əklil qoyulub və gül dəstələri düzülüb. Mərasim iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məzarlığın toplantı zalında davam etdirilən tədbirdə Fikrət Axundov, Şaban Dişli, İlhan Aşkın, Linda Jansen, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva və başqaları çıxış ediblər. Natiqlər erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyətin faciəsi olduğunu və onun dəhşətlərinin heç vaxt unudulmayacağını bildiriblər. Soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına və müqəssirlərin cinayət məsuliyyətinə cəlb edilməsinə nail olmağın vacibliyi vurğulanıb.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






