Nida Xəbər
Şəhid polkovnikimizin xanımından TƏSİRLİ 8 MART TƏBRİKİ - FOTOLAR
Şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova feysbuk hesabından 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.
Publika.az xəbər verir ki, təbrikdə bunlar yer alıb:
“Əziz Şəhid Xanımları, Şəhid Anaları!
Sizin timsalınızda mən bütün Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edir, rahat, firavan, müharibəsiz illər arzu edirəm. Azərbaycan qadınları ailə dəyərlərini qoruyub saxlayan, fədakar ana, təmkinli həyat yoldaşı, qayğıkeş nənə olurlar. Bununla bərabər Azərbaycan bayrağının məğrurcasına dalğalanması, Vətən torpağının düşmən tapdağından azad edilməsi üçün gözünü qırpmadan böyütdüyü oğul-sipəri Vətən üçün qurban verməyə hazır olan Azərbaycan Qadınının bundan sonra bir daha müharibə faciələrini yaşamamasını diləyirəm. Arzu edirəm ki, Azərbaycan qızlarının, gəlinlərinin taleləri yarımçıq, balaca qızcığazlar isə atasız qalmasınlar, anaların başı qara örpək görməsin. Həyat yoldaşı Şəhid olan xanımın həyatı da Şəhid olur. Arzu edirəm ki, Azərbaycanda bir daha mənim kimi Şəhid Xanımları olmasın! Hər birimizə bu çətin həyatı məqamımızda arxa-dayaq olan, hər birimizə ayrı-ayrılıqda diqqət və qayğı göstərən, hər birimizi tanıyan, zərif, mərhəmətli Mehriban xanım Əliyevadan mən məğrurluğun, əzəmətliliyin nümunəsini götürürəm. Bu gün Sizləri təbrik edəcək həyat yoldaşlarınız, oğullarınız yoxdur... Lakin Bizlər tək deyilik, biz tənha deyilik. Bizlərin arxasında Ali Baş Komandanımız İlham Əliyev, Mehriban xanım Əliyeva, dövlətimiz, xalqımız var. Həyat yoldaşlarımız Vətəndaşlıq borclarını ən ali səviyyədə-canlarını Vətənə qurban verərək yerinə yetiriblər. Biz onların həyat amallarını davam etdirərək övladlarımızı Azərbaycana və Azərbaycançılığa sadiq, Vətənə bağlı, Vətənpərvər, atalarının adlarına layiq Vətəndaş olaraq böyütməliyik.
Arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və azadlığı uğrunda Şəhid olmuş həyat yoldaşlarımızın dilədikləri bütöv Azərbaycan daim sülh və firavanlıq içində olsun!
Əzizlərim, Bayramınız Mübarək!”
-
Sağlamlıq10:38Bu məhsulları soyuducuda saxlamaq olmazmış - Ekspert səbəbləri açıqladı
-
MDB10:30Gürcüstanın neft emalı zavodu Rusiya neftindən imtina etdi
-
ABŞ09:27"Air Force One" qalmaqalı böyüyür - Trampa hücum təhlükəsi yaranıbmış
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar
-
MDB07:15Putinə yeni döyüş təyyarələri təqdim olundu
-
Region02:19Məşhur Möhsünü onlar öldürüblərmiş - Nazir 17 illik sirri açdı
-
Dünya02:00Səudiyyə Ərəbistanı Yəmənə hava zərbələri endirdi











.jpg)

























