Nida Xəbər
Xocalı soyqırımı Panama mətbuatında
Panamanın “Panama Revista” internet jurnalında Xocalı soyqırımı haqda yerli jurnalistlər Federiko Muinya və Hektor Barrosun müəllifləri olduğu “24 saat kifayət edir” başlıqlı məqalə dərc olunub.
Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən Publika.az-a verilən məlumata görə, məqalədə 1992-ci ilin 26 fevral tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı haqda məlumat verilir, bu amansız qətliam zamanı azyaşlı uşaqlar və qadınlar da daxil olmaqla 613 nəfər mülki azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və itkin düşdüyü bildirilir.
Dinc əhaliyə qarşı törədilmiş bu amansız qətliamın Xocalını əhalisi ilə birlikdə yer üzündən tamamilə silmək məqsədi daşıdığı deyilir və Ermənistanın keçmiş prezidenti, soyqırımının başlıca təşkilatçılarından olan Serj Sarkisyanın erməni tərəfinin Xocalıdakı cinayətlərinə dair etirafları qeyd olunur.
Xocalıda törədilmiş qətliamın soyqırımı xarakteri daşıdığı vurğulanır və bu faciənin bir sıra dövlətlər, o cümlədən Kolumbiya, Meksika parlamentləri, habelə İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmi qaydada tanındığı məlumat verilir.
Yazıda, həmçinin faciənin canlı şahidi olmuş, əsir düşmüş və sağ qalmış soydaşlarımızın ağrılı xatirələrindən sitatlar gətirilir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)