Nida Xəbər
Gəncədə şəhidlərin xatirəsi anıldı - FOTO
Gəncədə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Novruz bayramı öncəsi şəhidlərin əziz xatirəsini yad ediblər.
Publika.az xəbər verir ki, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Niyazi Bayramov Şəhidlər Xiyabanında ucaldılan əbədi məşəl abidəsinin önünə əklil qoyub, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinə öz ehtiramını ifadə edib.
Daha sonra digər mərasim iştirakçıları da abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.
Bununla yanaşı, şəhər rəhbərinin tapşırığına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət edib, onlara Novruz Bayramı münasibətilə təbriklərini çatdırıblar.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
