Nida Xəbər
Amnistiya olacaqmı? - AÇIQLAMA
Ölkə Prezidentinin 18 martda imzaladığı əfv sərəncamı ilə 625 məhbus ailəsinin Novruz bayramı sevincinə daha bir sevinc qatıldı. Yüzlərlə məhbus bayram gününü ailəsinin yanında keçirdi.
Əfv sərəncamı imzalanmamışdan əvvəl İşçi Qrupun üzvü Novella Cəfəroğlu Publika.az-a açıqlamasında bu il həm əfv, həm də amnistiya olacağını söyləmişdi.
Bəs amnistiya gözlənilirmi? Növbəti amnistiya aktı qəbul olunacaqmı?
Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev saytımıza açıqlamasında söyləyib ki, amnistiya aktının qəbul olunmasının tərəfdarıdır:
"Mən də hüquq müdafiəçisi kimi amnistiya aktının qəbul edilməsinin tərəfdarıyam. Bu təkliflə çıxış etmişəm. Hesab edirəm ki, Azərbaycan 2020-ci ildə son 300 ildə ilk dəfə olaraq möhtəşəm qələbə əldə etdi. Ölkə torpaqları işğaldan azad olundu. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının başçılığı altında torpaqlarımız işğaldan azad edildi. Vətən müharibəsində qalibiyyətlə bağlı amnistiya aktının qəbul edilməsi məqsədəuyğun olardı".
Hüquq müdafiəçisi bildirib ki, amnistiya başqa, əfv hüququ da tamam başqa institutdur:
"Amnistiyanı subyektiv qəbul etmək hüququ Milli Məclisə məxsusdur. Bu, konkret şəxslərə aid deyil. Amma əfv fərdi müraciətlər əsasında həyata keçiriləcək bir hüquqdur və Prezidentin müstəsna səlahiyyətindədir. Əfv və amnistiya fərqli institutlar olduğu üçün fərqli-fərqli subyektlər tərəfindən reallaşdırılır".
Tural Turan
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)























.jpg)


