Nida Xəbər
Baltik Assambleyasının komitə iclası keçirildi
Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, tədbirdə “Baltik dövlətlərinin təhsil və elm sahəsində strateji tərəfdaşlığı” (COVID-19 pandemiyasının təsiri, əməkdaşlığın genişləndirilməsi imkanları), “COVID-19 pandemiyası dövründə və ondan sonra məşğulluq və əmək bazarı: Baltik ölkələrində yeni çağırışlar dönəmində təhsilin gələcəyi” mövzularında müzakirələr aparılıb.
Milli Məclisin deputatı Elnur Allahverdiyev müzakirə olunan məsələlərlə bağlı çıxış edib, pandemiya ilə bağlı Azərbaycanda mövcud vəziyyət barədə tədbir iştirakçılarını məlumatlandırıb. Deputat ötən ilin mart ayından Azərbaycanda COVID-19 pandemiyasının iqtisadi təsirlərinin aradan qaldırılması üçün hökumətin həyata keçirdiyi işlər, iqtisadi artıma, məşğulluğa və sahibkarlara dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Bildirib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərlə əlaqədar Azərbaycan parlamenti qanunvericilikdə müvafiq dəyişikliklər edib.
Sonra onlayn iclasda digər ölkələrin iştirakçıları da pandemiya dövründə ölkələrində görülmüş tədbirlər barədə məlumat veriblər, bu sahədə öz təcrübələrini bölüşüblər.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)