Nida Xəbər
Azərbaycan və Çexiya deputatları arasında vacib müzakirə
Bu gün Azərbaycan və Çexiya qanunvericilik orqanlarında mövcud olan parlamentlərarası əlaqələr üzrə işçi qruplarınınonlayn formatda görüşübaş tutub.
Publika.az xəbər verir ki, görüşdə Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev çexiyalı deputatlara keçən ilin noyabrında Azərbaycanın zəfəri ilə başa çatan Vətən müharibəsi və bugünkü vəziyyət barədə məlumat verib. O, Ermənistanın 30 il işğalda saxladığı Azərbaycan ərazilərində törətdiyi dağıntılardan və minalanmış sahələrdən danışıb. Bildirib ki, Azərbaycanerməni işğalından azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlayıb.
Məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişlərinə əsasən,həmin ərazilərdə “yaşıl zona” konsepsiyasının həyata keçirilməsi, bərpa işlərində ən müasir texnologiyaların tətbiqi, ağıllı kənd və şəhərlərin salınması, köçkünlərin tezliklə öz doğma yurdlarına qaytarılması nəzərdə tutulub.
Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupununüzvü Fatma Yıldırım çıxışında Ermənistanın minalanmış sahələrin xəritələrini verməkdən imtina etməsini qarşı tərəfin təcavüz siyasətindən əl çəkməməsi kimi qiymətləndirib.
Çexiya-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Zdenek Ondraçek və qrupun digər üzvləri Çexiyada hazırda mövcud olan vəziyyətvə payızda keçirilməsi gözlənilən parlament seçkiləri barədə danışıblar. Qarşı tərəf erməni işğalının Azərbaycana vurduğu dağıntılar vəinsan itkiləri ilə bağlı fikirlərini ifadə ediblər. Çexiyalı deputatlar Azərbaycanla əməkdaşlığın Çexiya üçün böyük önəm daşıdığını, bölgədə münasibətlərin normallaşmasına yönəlmiş addımları təqdir etdiklərini bildiriblər. Çexiyalı millət vəkilləriişğaldan azad edilmiş ərazilərdə həyatın yenidən canlandırılmasında və inkişafında Azərbaycana uğurlar arzulayıblar və bu işdə öz dəstəklərini ifadə ediblər.
Görüşdə Milli Məclisin deputatları - Ülviyyə Ağayeva, Jalə Əhmədova, Naqif Həmzəyev, Soltan Məmmədov, Elşən Musayev də iştirak ediblər.
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...