Nida Xəbər
Norveç mediası Qarabağla bağlı məlumatlandırma kampaniyasına başladı
Bu gündən başlayaraq Norveçin “Utrop” qəzetində yerli ictimaiyyəti Ermənistan işğalından azad olunan ərazilərimizdə basdırılan minalar barəsində məlumatlandırma kampaniyasına start verilir.
Publika.az xəbər verir ki, Norveçdə fəaliyyət göstərən “CAN” təşkilatı tərəfindən keçirilən layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barəsində məlumatlandıraraq, müharibə ərzində baş verənlərə və Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət çəkməkdən ibarətdir.
Məşhur “Utrop” qəzetində yer alan məlumat bənnerləri vasitəsilə oxucular “CAN” təşkilatının saytına keçərək, məsələ ilə bağlı Norveç dilində daha ətraflı məlumat ala bilərlər. Saytda yerləşdirilən bannerdə deyilir: “Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik”.
“CAN” təşkilatın sədri Şervin Nəcəfpurun sözlərinə görə, artıq onun rəhbərlik etdiyi təşkilat öz rəsmi saytı vasitəsilə Norveç hökumətinə də müvafiq müraciət edərək, Azərbaycanda ərazilərin minalardan təmizlənməsi fəaliyyətinə dəstək göstərməyə çağırıb. O xatırladıb ki, Norveç 1996-cı ildən başlayaraq beynəlxalq müstəvidə minalardan mübarizə sahəsində vacib rol oynayan ölkələrdən biri sayılır. Norveç tərəfindən habelə 25 ildə 20 ölkəyə minalardan təmizləmə fəaliyyətinə maliyyə dəstəyi olunub. Yalnız 2019-cu ildə Norveç humanitar minatəmizləmə işləri üçün 40 milyon dollar yardım edib.
Bu sahədə fəaliyyət göstərən "Norsk Folkehjelp" qeyri-hökumət təşkilatı dünyada yaxşı tanınır. 1992-ci ildən etibarən müharibə və qarşıdurmalardan sonra minalanan ərazilərin təmizlənməsinə dəstək etdiyini bildirən Şervin Nəcəfpur deyib: “CAN” təşkilatı son aylar “Norsk Folkehjelp” təşkilatına əməkdaşlıq üçün müraciət edib və Qarabağda artıq müharibənin bitdiyini və bu səbəbdən vəziyyətin minalardan təmizlənməyə imkan verdiyini diqqətə çatdırmışıq”.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































