Nida Xəbər
Şəhid pilotun qayınatası: “Bu qərarı çoxdan gözləyirdik”
Şəhid statusunun verilməsi ilə bağlı nikbin tonda danışmaq bir qədər ağır olsa da, deməliyəm ki, bu qərarı Rəşad Atakişiyevin ailəsi də, ata-anası da, elə mən də çoxdan gözləyirdik.
Publika.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında bu günlərdə şəhid statusu verilən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, nəhayət, dövlətin müvafiq qurumları bütün situasiyaları nəzərdən keçirərək, araşdıraraq Rəşad Atakişiyevin döyüş şəraitinə yaxınlaşdırılmış gecə hərbi təlimlərində qüsursuz hərəkət etdiyi qənaətinə gəlib və ona şəhid statusunun verilməsi haqda qərar verib:
“Bütün bunlar Rəşad Atakişiyevin xatirəsi üçün göstərilən hörmətin nümunəsidir və onun qohumları tərəfindən dövlət rəhbərliyinə minnətdarlıq hissi ilə qarşılanır”.
Qabil Hüseynli söyləyib ki, Rəşad Atakişiyevə şəhid statusunun verilməsi barədə onun həyat yoldaşı Könül Atakişiyevaya mayın 6-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Yasamal rayon idarəsindən məlumat verilib.
Qeyd edək ki, Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib.
Belə ki, Müdafiə Nazirliyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə daxil olan 02.04.2021-ci il tarixli 1/A-374 nömrəli məktuba və 01.04.2021-ci il tarixli 1/A-371 nömrəli arayışa əsasən, mərhum polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlu 24.07.2019-cu il tarixdə döyüş tapşırığının icrası zamanı həlak olub, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən mərhuma “şəhid”, ailəsinə isə “şəhid ailəsi” statusu verilib.
Qeyd edək ki, 2019-cu il iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb. O, avqustun 21-də II Fəxri xiyabanda dəfn edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


