Nida Xəbər
“New Media Hub” platforması təqdim olundu - FOTO
“Davam” Gənclər Hərəkatı Azərbaycan Respublikasının Gənclər Fondu ilə birgə həyata keçirdiyi “Gənclərin Davamlı İnkişaf Proqramı” çərçivəsində “New Media Hub” platformasınının təqdimat mərasimini keçirib.
Publika.az xəbər verir ki, təqdimat mərasimi Bakı “Davam” Gənclər Hərəkatının mərkəzi ofisi olan Bakı Dayaq Mərkəzində keçirilib.
“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bildirib ki, “New Media Hub” platforması “Trend” informasiya agentliyi, “Yeni Müsavat” və “Teleqraf” media qrupları ilə birgə əməkdaşlıq nəticəsində təsis edilir.
Onun sözlərinə görə, layihə “Gənclərin davamlı inkişafı” layihəsi çərçivəsində həyata keçirilir və bu çoxtərəfli platformadır:
“Layihə üç təsisatın birgə təşəbbüsü və işbirliyi çərçivəsində yaradılıb. Bu platforma çərçivəsində gənc jurnalist və blogerlərin yetişdirilməsi prosesi həyata keçiriləcək”.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Rauf Arifoğlu deyib ki, əsas məqsəd “Davam” Hərəkatının qaldırdığı nəcib bir təşəbbüsə dəstək verməkdir:
“Təşəbbüs jurnalistikaya maraq göstərən, onu hobbisi və ya həyat yoluna çevirməyə çalışan gənclərə təcrübə platforması verməkdən ibarətdir.
Hərəkata dəstək olan 3 media qrupu Azərbaycan mediasının, informasiya məkanının ən təcrübəli və xeyli də yaşı olan media qruplarıdır. Bu qruplarda Azərbaycan mediasının sütunları çalışır. Yəni, burada həm də çox təcrübəli redaktorlar, yazarlar, aparıcılar çalışırlar. Onların yanında təcrübə keçmək fürsəti belə mətbuatla, informasiya ilə gələcəyini jurnalizmlə bağlamaq istəyən gənclərə böyük fayda verə bilər. Bu səbəbdən “Davam” Gənclər Hərəkatına dəstək vermək qərarına gəldik və bu bizim də maraqlarımız daxilindədir. Dəyişən dünyamızda, texnologiyalarda ənənəvi media ilə sosial media arasında, o cümlədən ənənəvi mediaya gəlişlə bağlı problemlər, məsafələr yaranır. Biz həmin məsafələri yeni gələn gənclərlə, bu axınla doldurmaq fikrindəyik, çünki bunu onlardan yaxşı bacaran yoxdur. Buna görə də “Davam” Hərəkatına təşəkkür edirik”.
Rauf Arifoğlu qeyd edib ki, bloq jurnalistikası və sosial media reportyorluğu ənənəvi mediaya çox böyük rəqibdir:
“Amma biz ordakı qüsurları da, istifadə imkanlarını da görürük. Bu qüsurları düzəltmək istəyirik. Həmçinin, onların məktəb keçməsini, xəbər hazırlamasını, başlıqlar qoymasını düzəltmək, eyni zamanda bizim heç zaman edə bilməyəcəyimiz çevikliyindən faydalanmaq istəyirik. Yəni, qarşılıqlı şəkildə bu cür planlarımız var. Hesab edirəm ki, “Davam” Gənclər Hərəkatına 3 media qrupundan başqa digərləri də qoşulacaq və bir jurnalistika məktəbi yaratmağa çalışacağıq”.
“Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı bu layihənin nəcib bir iş olduğunu, medianın bu layihəyə hava-su kimi ehtiyac duyduğunu bildirib:
“Biz təbdirdən öncə jurnalistlərlə danışarkən də fikirlərimizi bildirdik. Yəni, çox ciddi problemlər var. Peşəkarlarla qeyri-peşəkarların eyni seqmentdə, eyni arealda işləməsi və peşəkarların çox ciddi şəkildə bu qeyri-peşəkarlıqdan gündəlik iş şəraitində əziyyət çəkdiyini görürük. Adicə cümlə quurlmasında gənclərlə çox ciddi problemlər yaşayırıq. Gənclərin imkanları, potensialları çox böyükdür. Çünki onlaırn texnoloji bilgiləri bizim nəslidən qat-qat yüksəkdir. Onlar informasiya texnologiyalarının içində böyüyürlər. Artıq 7-8 yaşından bütün uşaqlar telefondan istifadə etməyi bacarırlar. Gənclərin texnoloji bilgiləri var, amma digər məsələlərdə biz onların müəyyən qədər geridə qaldığını görürük. Bu baxımdan düşünürəm ki, “Media Hub” layihəsi o çatışmazlıqların aradan qaldıırlmasında çox böyük rol oynayacaq. Mən çox istərdim ki, Azərbaycan gəncləri sosial media platformasında təkcə texnoloji bilikləri ilə yox, həm də digər sahələrdə çox böyük biliklərə malik olduqlarını göstərə bilsinlər. Müzakirələrdə intellektual səviyyələri ilə görünsünlər. Düşünürəm ki, Azərbaycan kimi ölkənin buna çox böyük ehtiyacı var. Mənim nəzərimdə bir jurnalist, bir media mənsubu həm də bir əsgərdir. İnfomasiya müharibəsi aparmaq son dərəcə çətindir. Sizin əlinizdə ən müxtəlif media cihazları ilə yanaşı çox intellektual bilgilər də olmalıdır ki, biz bu informasiya müharibəsində qalib gələk, uğur qazanaq. Hansı ki, ön cəbhədə biz çox böyük qələbələrə imza atmışıq. Yəni bunların bir-biri ilə tarazlaşması üçün bu layihə çox böyük rol oynayacaq. Bu layihəyə bir daha uğurlar arzulayıram”.
Aynur Camalzıqı layihə çərçivəsində kurslarda iştirak edəcək jurnalistlərə dil bilgiləri öyrədilməsinin vacibliyini vurğulayıb:
“Çünki biz media nümayəndələri olaraq xarici dil bilgiləri olan jurnalistləri inanın ki, gündüz əli çıraqlı axtarırıq. Sayca çox azdırlar. Rus, ingilis dilində yaxşı danışa və yaza bilən jurnalıistlərə çox böyük ehtiyacımız var. Mən düşünürəm ki, sizin bu məktəbdə - mən bunu məktəb adlandırıram - o cür jurnalistlər yetişəcək. Bir daha uğurlar”.
“Trend” İnformasiya Agentliyinin icraçı direktorunun müavini, Milli Məclisin deputatı Sevil Mikayılova bildirib ki, jurnalistika çox böyük inkişaf dövrü keçdi:
“Xatırlayıram ki, hansısa sözün təsnifatını tapmaq üçün nə qədər kitab vərəqləyirdik. Əvvəllər informasiya köhnəlmirdi. İndi isə informasiya beş saniyə sonra köhnəlir. Elə cümlə qurmaq lazımdır ki, o cümlə qısa şəkildə vəhdət təşkil edərək oxucuya çatdırılsın. Düşünürəm ki, bu platformanın təqdim olunmasında əsas məqsəd jurnalistikanı daha üst səviyyəyə qaldırmaqdır”.
Sevil Mikayılova qeyd edib ki, əsas məsələ qərəzsizlik, düzgünlük və operativ şəkildə informasiyanı çatdırmaqdır.
Daha sonra jurnalistlərin suallarını cavablandıran Nihad Allahyarlı qeyd edib ki, layihə ilkin mərhələdə 29 yaş həddinədək olan şəxsləri əhatə edəcək. O qeyd edib ki, kurslar 3 ay davam edəcək. Birinci mərhələdə 30 nəfər iştirak edəcək.
“Ən əsas məqsəd kursu bitirən gənclərin işlə təmin edilmələri, onların jurnalist karyeralarına başlamalarıdır”, - deyə Nihad Allahyarlı qeyd edib.
Səxavət Həmid
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO