Nida Xəbər
“Elmar Vəliyev anlaqsızdırsa, vəkilə etibarnaməni necə verib?” - DETALLAR AÇILDI
Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə istintaq 1 ildən çoxdur davam edir.
Artıq məhkəmə istintaqı başa çatıb, prokuror Yunis Səfərova ömürlük, digər təqsirləndirilən şəxslərə isə 18 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası istəyib. Vəkillərin də əksəriyyəti müdafiə çıxışını başa çatdırıb. Cəmi 3 vəkilin çıxışından sonra proses üzrə hökm oxunacaqdı. Sonuncu iclasda təqsirləndirilən şəxslərdən Cəfər Zalovun vəkili İlqar Rüstəmov müvəkkilinə qarşı ittihamların əsassız olduğunu vurğulayıb. O bildirib ki, Cəfər Zalov heç bir cinayət törətməyib, cinayət işinin materiallarında yazılanlar saxtadır. Məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, Elmar Vəliyev zərərçəkmiş qismində tanınsa da, ətraflı dindirilməyib. Yalnız bir dəfə ilkin ifadəsi alınıb, onda da “yadımda deyil, sonra danışaram” deyib. Sonradan səhhətində problemlər olması əsas gətirilərək dindirilməyib. Amma onun gerçək durumunun müəyyənləşdirilməsi üçün tibbi ekspertiza təyin edilməyib. Vəkil bildirib ki, bu məsələ prosesin nəticəsi üçün çox əhəmiyyətli məqam olsa da, məhkəmə onu nəzərə almadan araşdırmaları yekunlaşdırıb. Digər vəkillər və təqsirləndirilən şəxslər də bu vəsatəti müdafiə edib. Onlar da məhkəmə istintaqının təzələnməsi və Elmar Vəliyevlə bağlı məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə vəsatət qaldırıblar. Bu məhkəmə prosesində dövlət ittihamını müdafiə edən prokurorlar da vəsatətə etiraz etməyib. Qısa müşavirədən sonra Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası sabiq icra başçısına qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə və Elmar Vəliyevin anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verib. Ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.
İstintaqın yenilənməsi Elmar Vəliyevə nə vəd edir? Bu, dəyişiklik Elmar Vəliyevin təkcə məhkəməsi ifadə verməsi üçün anlaqlı olması üçündürmü? Bəzi iddialara görə, sabiq icra başçısı özünü sığortalamaq üçün rola girib və anlaqlı olmaması barədə rəy yaradıb. Bu, onun keçmiş fəaliyyətinin yoxlanılmasına mane olub. Elmar Vəliyevin başçı olduğu müddətdə yol verdiyi qanunsuzluqlar, yeyinti faktlarının yenidən araşdırılmasına zərurət olduğu deyilir. Son vaxtlar sabiq məmurlarla bağlı dövlətin tutmuş olduğu bəzi zəruri addımlar Elmar Vəliyevə də tətbiq edilmək üzrədir. Bu baxımdan məhkəmənin sonunda, prokurorun təqsirləndirilənlərə ittihamedici hökm çıxarılmasını istəməsindən sonra sabiq başçının ekspertizadan keçirilməsinə dair vəsatətin təmini maraq doğurur.
İş üzrə təqsirləndirilən Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev “Yeni Müsavat”a deyib ki, məhkəmə istintaqı zamanı dəfələrlə Elmar Vəliyevin anlaqlı olub-olmamasını aydınlaşdırmaq üçün vəkillər vəsatətlə çıxış ediblər: “Müdafiəçilərin mövqeyi düzgündür. Elmar Vəliyevin anlaqsız olması əsas gətirilir. Lakin işin içində onun vəkilə verdiyi etibarnamə var. Sual olunur: Elmar Vəliyev anlaqsızdırsa, həmin o etibarnaməni vəkilə necə verib? Bu etibarnamənin verilməsi də çox böyük şübhə altındadır. Anlaqsız adam öz iradəsini ifadə edə bilməz. Qanun deyir ki, etibarnamə əqddir. Yəni birtərəfli əqddir, insan öz şüürunu, ağlı başında olan adam öz adından hüquqlarının həyata keçirilməsini vəkilə verə bilər. Əgər adamın ağlı başında deyilsə və vəkil gəlib etibarnamə təqdim edirsə, bu, ziddiyyət təşkil edir”.
Vəkil deyir ki, iş üzrə əsas zərərçəkən Elmar Vəliyevdir və onun hazırkı fiziki-psixoloji durumu, məhkəmədə şikayətçi olub-olmaması aydınlaşdırılmalıdır: “Bəlkə Elmar Vəliyev elə məhkəmədə gəlib deyəcək ki, şikayətçi deyiləm? Bu məqamların məhkəmədə ciddi şəkildə və obyektiv araşdırılması zərurəti ortadadır. İş üzrə prokuror ömürlük və ağır cəzalar tələb edib. Burada insanların taleyi həll olunur. Elmar Vəliyevin məhkəmədə iştirakı prosesi 180 dərəcə dəyişə bilər”.
Vəkil eks məmurların məhkəməyə gəlmək istəməmələrinin səbəbinə də toxunub: “Özlərini toxunulmaz hesab edirlər. Vəzifədə olanda məhkəmənin onların ayaqlarına gəlməsinə öyrəşiblər. Vəzifədən gedəndən sonra da düşünürlər ki, məhkəməni saymaya, məhkəmənin çağırışlarına cavab verməyə bilərlər. Elmar Vəliyevin məhkəməyə gəlməməsinin səbəbi kimi onun anlaqsız olması göstərilir. Müdafiə tərəfi də istəyir ki, bu haqda işdə ekspertin rəyi olsun. Hansısa bir həkimin arayışı ilə keçinmək olmaz. Nəhayət ki, məhkəmənin sonunda da olsa, bu məsələ həllini tapdı. Elmar Vəliyevin məhkəmədə dindirilməsi olduqca vacibdir. Bizim ona çox ciddi suallarımız var”. (Musavat.com)
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO