Nida Xəbər
Məhəmməd Əmin Rəsulzadə niyə Topçubaşovdan üz döndərmişdi? - VİDEO
Azərbaycan Xalq Cümhuriyyətinin ilk beynəlxalq rəsmisi, parlament sədri və 2-ci xarici işlər naziri Əlimərdan bəy Topçubaşovun nəvəsi ilk dəfə AzTV-də xatirələrini bölüşəcək.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Türkiyədə yaşayan Gülnarə xanım AzTV-nin “Yüz ilin adamları” proqramında babasının həyatından bəhs edəcək. Verilişdə Əlimərdan bəy Topçubaşovun ictimai və siyasi fəaliyyətindən, o cümlədən Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizəyə var qüvvəsi ilə qoşulmasından söhbət açılır. Onun başçılığı ilə Parisdə diplomatik missiyamızın fəaliyyətinin gizli məqamları ilə bərabər, Polşa, Gürcüstan, İran, ABŞ, İngiltərə və s. ölkələrin nümayəndə heyətləri ilə görüşlərindən də bəzi məqamlar proqramda öz əksini tapıb. Eyni zamanda proqramda Topçubaşovun başçılığı ilə Azərbaycan nümayəndə heyyətinin dövrünün görkəmli siyasi xadimi olan, Amerikanın 28-ci prezidenti Vudro Vilsonla görüşü haqqında da tamaşaçılara məlumat verilir. “Yüz ilin adamları”nda bir saat belə parlament sədri kimi vəzifəsini kabinetində icra edə bilməyən Topçubaşovun ağrılı həyatından, silahdaşları Məhəmməd Əmin Rəsulzadənin və Əhməd Ağaoğlunun hansı səbəbdən ondan üz döndərməsindən, əfsanəvi diplomatın ermənilərlə danışıqlara nail olmasından, onun haqqında eşitmədiyimiz digər həqiqətlərdən tədqiqatçılar, tarixçilər, rəsmilər və sənədlər danışacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Brand Media”nın istehsal etdiyi “Yüz ilin adamları” proqramını Hüseyn Cavadzadənin təqdimatında may ayının 28-i saat 21:30-da AzTV-də izləyə bilərsiniz.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
