Nida Xəbər
Azərbaycan nümayəndə heyətinin İran səfəri davam edir - FOTO - (YENİLƏNDİ)
Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə müştərək komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gəlib.
Publika.az xəbər verir ki, səfər çərçivəsində İranın Neft Nazirliyində görüş keçirilib.
Baş nazirin müavini Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycan və İran prezidentləri siyasi iradə nümayiş etdirərək qarşılıqlı əlaqələrin inkişafına nail olublar. Hazırda Azərbaycan-İran əlaqələri yüksələn xətlə inkişaf edir. İki qonşu və dost dövlətlər arasında neft-qaz, nəqliyyat, ticarət, mədəniyyət və digər sahələr üzrə əməkdaşlıq əlaqələri davam edir. Bu gün İran Azərbaycanın əsas tərəfdaşlarından biridir. Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənilməsi istiqamətində işlər həyata keçirilir. Enerji sahəsində qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası İran tərəfindən təbii qazla təmin edilir.
Baş nazirin müavini bildirdi ki, İran ilə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi Azərbaycan üçün əhəmiyyətli xarakter daşıyır.
İranın neft naziri Bijən Namidar Zəncənə nümayəndə heyətini Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə təbrik edərək bildirib ki, Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da İnkişaf etdirilməsi ölkəsinin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İran Azərbaycanla yalnız enerji sahəsində deyil, bütün sahələr üzrə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlıdır. İki yaxın qonşu və dost ölkənin xoş münasibəti və qarşılıqlı əməkdaşlığı xalqlarımızın mənafeyini əks etdirir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də iştirak edib.
Nümayəndə heyətinin İrana səfəri davam edir.
xxx
11:10
Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 30-da Tehrana səfərə gedib.
Publika.az xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçiriləcək, qarşılıqlı əlaqələrin inkişafı perspektivləri müzakirə ediləcək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
