Nida Xəbər
Küveyt nəşri Respublika Günündən yazdı
Küveytin “Ən-Nahar” qəzetində “Azərbaycanda Respublika Gününün 103-cü ildönümü qeyd edilir... turizm və gözəllik ölkəsi” sərlövhəli məqalə dərc olunub.
Azərbaycanın Küveytdəki səfirliyindən Publika.az-a bildiriblər ki, məqalədə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması və fəaliyyəti haqqında məlumat verilib. Yazıda qeyd edilib ki, 1918-ci il mayın 28-də Tbilisi şəhərində elan edilmiş AXC Birinci Dünya müharibəsində qalib olan müttəfiq dövlətlərin Ali Şurası tərəfindən de-fakto tanınıb. Bu respublika çoxpartiyalı parlamentə malik idi və ölkənin siyasi, iqtisadi sahələrində bir sıra demokratik islahatlar həyata keçirib, qadınlara kişilərlə bərabər seçki hüququ verib. Daha sonra qeyd edilir ki, bu gün müstəqil Azərbaycan Respublikası inkişaf etmiş sənaye və kənd təsərrüfatına, geniş nəqliyyat infrastrukturuna, elmi potensiala, qədim və zəngin mədəniyyətə, neft-qaz, neft kimyası, maşınqayırma, metallurgiya, tikinti materialları və yüngül sənaye kimi inkişaf etmiş sahələrə malikdir. Kənd təsərrüfatı əsasən ipəkçilik, üzümçülük, heyvandarlıq, hər növ tərəvəz və dənli bitkilərin becərilməsi sahələri üzrə ixtisaslaşıb.
Azərbaycanın turizm sektorundan bəhs edilən məqalədə bildirilir ki, son illərdə ölkədə müasir turizm infrastrukturu qurulub. Azərbaycan gözəl təbiəti, əlverişli iqlimi, zəngin və ləziz mətbəxi ilə bu sahənin inkişafı üçün böyük imkanlara malikdir. Yazıda diqqətə çatdırılır: “Bu ölkə iqlim müxtəlifliyi, gözəl mənzərələri, gölləri və çayları ilə məşhurdur ki, bu da onu turizm ölkəsinə çevirir. Bakı müasir şəhər olsa da, respublikanın tarixini əks edən Şərq və Qərb mədəniyyətlərinin sintezi paytaxta xüsusi gözəllik verir. Bu gün turizm Azərbaycan iqtisadiyyatının inkişaf etməkdə olan sahəsidir. Ölkə ötən əsrin 80-ci illərində əhəmiyyətli bir turizm məkanına çevrilmişdi, lakin Vətən müharibəsi Azərbaycanda turizmin zəifləməsinə səbəb oldu. Bununla belə, son illərdə Azərbaycana gələn turist sayı artmaqda davam edir.
Azərbaycanın mühüm turizm məkanlarına qədim Bakının Qız qalasını, Şirvanşahlar sarayını və qayaüstü tarixi yazıların olduğu Qobustan Milli Parkını misal göstərə bilərik.
Bakı Azərbaycanın paytaxtı olmaqla yanaşı, Xəzər dənizinin sahilində yerləşən bir şəhər kimi həm də turizm mərkəzidir. Burada bir çox məşhur tarixi abidələr, həmçinin göydələnlər və müasir tikililər vardır. Turist vizaları Azərbaycanın səfirliklərində və ya dünyanın istənilən yerində elektron vizalar vasitəsilə əldə edilə bilər”.
Məqalədə qeyd olunur ki, Bakı qədim dövrlərə uzanan bir çox sivilizasiyanı özündə cəmləşdirir, iqtisadi-hərbi baxımdan ən güclü İslam sivilizasiyası şəhərin görkəmində silinməz izlər buraxmışdır. Azərbaycan paytaxtında çoxlu sayda turizm məkanı var ki, bunlardan da ən əsası köhnə şəhər və ya İçərişəhərdir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan bu məkanda qədim tekstil və erkən dövrlərdən bəri istifadə olunan antik əşyaların satışı yerləri və milli restoranlar var. Bakıda Qız qalası və Şirvanşahlar sarayı da daxil olmaqla 50-dən çox tarixi-memarlıq abidəsi mövcuddur.
Yazıda Azərbaycanın Qəbələ, Quba, Şamaxı, Gəncə, Xınalıq, Lahıc, Şəki, Naxçıvan və digər yaşayış məskənlərində bir çox təbii və tarixi-memarlıq abidələrinin olduğu mühüm turizm məkanları haqqında da məlumat yer alıb.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO




































