Nida Xəbər
Azərbaycan bayrağını əks etdirən tramvay Haaqa küçələrində - FOTO
Azərbaycanın dilbər guşələrinin, eləcə də Şuşa və Ağdam şəhərlərinin səkilləri nümayiş olunan tramvay 3 ay yay müddətində Niderland Krallığının Haaqa şəhərinin küçələrində insanlara xidmət edəcək və ölkəmizi yerli sakinlərə tanıdacaq.
Publika.az xəbər verir ki, ölkəmizlə bağlı bu layihə “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi və Diasporla İş üzrə Komitəsinin dəstəyi ilə reallaşıb.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, Azərbaycanın dilbər guşələrinin əks olunduğu afişaları nümayiş etdirən tramvay Haaqanın ən sıx turist olan mərkəzi küçələrindən, eləcə də parlament, Sülh sarayı yerləşən küçələrdən keçir. Tramvay ilk gündən yerli sakinlərin diqqətini cəlb edib. Tramvay üzərində Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün internet saytlarının ünvanları və QR kodu da yer alıb.
“Düşünürəm ki, artıq müharibə bitib və ölkəmizin dilbər guşələrini beynəlxalq ictimaiyyətə tanıtmalıyıq. Assosiasiyamızın üzvlərinin təşəbbüsü ilə bu layihəni irəli sürdük və Niderlandın ən çox oxunan qəzetində bu haqda məlumat verdik. Qarşıdan gələn 3 ay ərzində yerli sakinlər Azərbaycanın gözəl məkanları ilə tanış olacaqlar”, - deyə M.Ağamirzəyeva bildirib.
Qeyd edək ki, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi bir neçə gün əvvəl 28 May - Respublika Günü münasibətilə də yerli qəzetdə məlumat dərc etdirmişdi.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan











.jpg)













.jpg)









