Nida Xəbər
Şəhidin adı yeni doğulmuş körpəsinə verildi - FOTO/VİDEO
Vətən müharibəsi şəhidi Qubat Əliyevin ikinci övladı dünyaya gəlib.
Körpəyə atasının adı verilib.
İyunun 4-də Qubat və anası xəstəxanadan evə yola salınıblar. Mərasimdə şəhidin ailə üzvləri, Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri, "YAŞAT" Fondunun təmsilçiləri, şəhidin hərbçi yoldaşları və gənc könüllülər iştirak ediblər.
Şəhidin yeni doğulan övladının zəruri xərcləri "YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə körpənin anasına 1 000 manat təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.
Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanan məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxaracaq.
Bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər.
Qeyd edək ki, Sumqayıt şəhər sakini Əliyev Qubat Hüsür oğlu könüllü şəkildə Vətən müharibəsinə gedib. O, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib. Q.Əliyev noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
O, Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Q.Əliyev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.(Report)
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)