Zakir Həsənov Şuşa əməliyyatından danışdı: Prezident xüsusilə tapşırdı ki...
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov Şuşa əməliyyatından danışdı: Prezident xüsusilə tapşırdı ki...

Şuşa əməliyyatı ilə bağlı hər şeyi danışa bilməyəcəyik. Çünki əməliyyat məxfi idi. Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir sıra ciddi tapşırıqlar vermişdi. O tapşırıqlardan birini demək istəyirəm. Cənab Prezident xüsusilə tapşırdı ki, bu əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir.

Publika.az xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Real TV-yə müsahibəsində Şuşa əməliyyatından danışarkən deyib.

O, Şuşa əməliyyatında qarşılaşdığımız bir neçə çətin məqama da diqqət çəkib:

“Burada bizim bir neçə çətinliyimiz var idi. Bu, ondan ibarət idi ki, biz burada artilleriyadan istifadə edə bilməyəcəkdik. Düzdür, Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik, onlar həm texnika baxımından, həm də canlı qüvvə baxımından böyük itkilər verdilər. Əgər internetdə də baxmısınızsa, bir foto var, ermənilər yolboyu səpələniblər, ora Laçın koridorudur. Onların orada cəmləşən qüvvələri məhv edildi. Yəni biz öz doğma şəhərimizi artilleriyadan vurmurduq. Bu da bizə əməliyyatı keçirməyə çətinlik yaradırdı. Xatırlayırsınızsa, həmin ərəfədə havalar da buludlu keçirdi. Ona görə də Şuşa əməliyyatı zamanı biz Pilotsuz Uçuş Aparatlarından (PUA) da istifadə edə bilmədik. Kəşfiyyatın da işində çətinlik var idi. Biz təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik. Şuşa əməliyyatı deyəndə siz təkcə Şuşanı nəzərdə tutursunuz. Ancaq Şuşa əməliyyatı tək Şuşanın özünə daxil deyildi, əvvəl ətraf söhbəti olmalı idi, sonra isə Şuşa. Biz aviasiyadan ətrafı necə lazımdırsa işlədik. Ancaq qeyd etdiyim kimi, Şuşa bizim doğma şəhərimiz olduğuna görə nə artilleriyadan, nə də aviasiyadan istifadə etdik. Bununla yanaşı, xüsusi qeyd etmək istəyirəm ki, Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığını gördüm.

İlk növbədə mən mühəndis-istehkam qoşunlarının xidmətini qeyd edim. Onların adı çəkilmir. Mühəndis-istehkam qoşunlarımız qısa bir müddətdə inanılmaz iş gördülər, onlar yol çəkdilər. Bu yol ermənilər üçün şok oldu. Onlar bizim Şuşaya hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər. Güclərini ayrı yerdə cəmləşdirmişdilər. Burada bizim qəhrəman topçulardan danışmaq istəyirəm. Hətta böyük, hörmətli hərbi mütəxəssislər keçmiş kadrlara baxırlar, deyirər ki, “Zakir paşa, bu, tapança kimi vurur”. Yəni top 60 kilometrə, 30 kilometrə dəqiqliklə vurur. Yənu bu, yüksək qiymətdir. Əgər belə hörmətli hərbçinin, mən gizlətmirəm, Türkiyə Milli Müdafiə nazirinə təşəkkür edirəm, o, dünyada tanınan böyük hərbi mütəxəssisdir. Müharibədən sonra bir neşə kadrı mənə göstərdi, dəqiqliyi qiymətləndirdi.

Yol çəkilmişdi, ancaq hava şəraiti yaxşı deyildi, toçularımız palçığın içində topları yüksəkliyə çıxarmışdılar və dəqiqlikdə Şuşa ətrafındakı erməni qoşunlarına zərbələr endirmişdilər. Kəşfiyyat birlikləri, həmlə birlikləri, həmçinin bizim elitar qoşunumuz olan xüsusi təyinatlılarımız Şuşada uğurlu əməlyat keçirmişdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm