Nida Xəbər
Azərbaycan müharibə və cəmiyyətin birləşməsi testlərindən uğurla çıxdı - Cabbarov
"Biz müharibə və cəmiyyətin birləşməsi testlərindən uğurla çıxaraq 30 ildən çox davam edən müharibənin iştirakçısı və şahidi olduq".
Publika.az "Report"a istinadla xəbər verir ki, bunu "Karabakh Center" ("Qarabağ Mərkəzi") portalının təqdimat mərasimində çıxış edən Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Fondun əsas vəzifələrindən biri Qarabağda dağıdılmış irsin bərpasıdır: "Fondun fəaliyyətinin müvəqqəti yox, daimi olmasını düşünürük. Biz yalnız bərpa üçün deyil, həmçinin davamlı inkişaf üçün fəaliyyət göstərməliyik. "Yaşıl infrastruktur", "ağıllı kənd və şəhər"lərin yaradılması bura aiddir".
Nazir həmçinin deyib ki, təqdimatı keçirilən portal Prezident İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ərsəyə gətirilib: "Bu portalın müxtəlif dillərdə təqdimatı nəzərdə tutulub. Proses yalnız onlayn təqdimatlarla yekunlaşmayacaq. Epidemioloji vəziyyət imkan verdikcə müxtəlif yerlərdə təqdim olunacaq. Bərpa işləri davamlı olacaq. Bilirsiniz ki, bu gün bərpa işləri uğurla davam edir, o cümlədən doğma Şuşamızda".
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı











.jpg)
.png)





















