Nida Xəbər
ATGTİ Oxçuçayla bağlı beynəlxalq təşkilatlara bəyanat göndərdi
Cənubi Qafqazın ən böyük tələbə təşkilatı olan və özündə 101 ali və orta təhsil müəssisəsində fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatını (TGT) birləşdirən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Azərbaycanın bütün tələbələri və TGT-ləri adından Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Oxçuçayda aparılan monitorinqlərə istinadən qeyd edilir ki, həmin çayda ağır metalların normadan artıq olması və şiddətli çirkləndirilməsi nəticədə Araz, Kür və Xəzər Dənizinin bioresursları, yerli əhalisi və ekosisteminə ciddi təhdid yaradır.
Vurğulanıb ki, Ermənistan Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin Qorunması və İstifadəsinə dair Helsinki Konvensiyasını nə imzalamışdır, nə də ona könüllü şəkildə əməl etmişdir. İngilis dilində yazılmış bəyanat İttifaq tərəfindən ətraf mühitin qorunması istiqamətində fəaliyyət göstərən beynəlxalq təşkilatlara göndərilib.
Müraciətin sonunda beynəlxalq təşkilatlara bu mövzuda daha qətiyyətli mövqe tutması və Ermənistanı məsuliyyətsiz yanaşmasını dayandırmağa çağırış edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)