Nida Xəbər
Milli Məclisin İntizam komissiyasının Əsasnaməsi qəbul olundu
Parlament Milli Məclisin İntizam komissiyasının Əsasnaməsini müzakirəyə çıxarıb.
Publika.az xəbər verir ki, sənəddə iclasların keçirilməsi qaydası müəyyənləşib.
Sənəddə qeyd edilib ki, İntizam komissiyasının iclasının gününü və saatını komissiyanın sədri təyin edir. Milli Məclisin sessiyaları arasındakı dövrdə İntizam komissiyasının işi davam edir. İntizam komissiyasının iclası haqqında komissiya üzvü (həmçinin barəsində komissiyada iş aparılan deputat) iclasın başlanmasından ən geci 3 iş günü əvvəl xəbərdar edilməlidir.
İntizam komissiyasının üzvü olan deputatın komissiyanın iclasında iştirakı məcburidir. İntizam komissiyasının sədrindən icazə alaraq komissiyanın iclasında iştirak etməmək üzrlü səbəb sayılır. İntizam komissiyasının iclası onun azı 6 üzvü iştirak etdikdə səlahiyyətlidir. İntizam komissiyasının iclasları qapalı keçirilir.
İntizam komissiyasının 7 üzvünün razılığı ilə onun iclasları açıq və kütləvi informasiya vasitələrinin iştirakı ilə keçirilə bilər. Komissiyanın qərarları (rəyləri) açıq səsvermə yolu ilə onun iclaslarında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.
İntizam komissiyasının bu Əsasnamənin 3-cü maddəsində göstərilən səlahiyyətlərinə aid olan məsələlərə dair keçirilən iclaslarında İntizam komissiyasının rəyi ilə razı olmayan komissiya üzvü xüsusi rəyini protokola əlavə edə bilər və həmin xüsusi rəylə (bu Əsasnamənin 3.1.10-cu maddəsində göstərilən məsələyə dair xüsusi rəy istisna olmaqla) Milli Məclisin iclasında çıxış edə bilər.
İntizam komissiyasının iclasları protokollaşdırılır və stenoqrama alınır. Komissiyanın iclasında iştirak etmiş deputatın həmin iclasın protokolu və stenoqramı ilə tanış olmaq və protokola qeydlər vermək hüququ var.
İntizam komissiyasının iclasları Milli Məclisin inzibati binasında keçirilir.
Siyavuş Novruzov bildirib ki, sənəddə bir qədər dəqiqləşdirmə aparılmalıdır.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO










.jpg)





.jpg)




















.jpg)


