Derya Akdemir: Azərbaycanın razılığı olmasa, Rusiyanın...
Bizi izləyin

Nida Xəbər

Derya Akdemir: Azərbaycanın razılığı olmasa, Rusiyanın...

Bu gün regionda baş verən proseslər yeni bir dövrə qədəm qoyduğumuzdan xəbər verir. Xüsusi ilə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qazandığı qələbə ilə ayağını yerə daha möhkəm basması bu prosesləri sürətləndirən amillərdəndir. Rusiya fərqindədir ki, Azərbaycan razılığı olmasa onun Cənubi Qafqazda varlığı mümkün deyil. Azərbaycan da fərqindədir ki, bundan sonra kimsə onun diktə dili ilə danışa bilməz. Bundan başqa hal hazırda ciddi mənada xaos və anarxiyanın cəngində olan, yaşadığı məğlubiyyətdən sonra hələ də özünə gələ bilməyən rəsmi İrəvan da fərqindədir ki, indiyə kimi onu dəstəkləyən qüvvələrin və ölkədəki revanşistlərin iddia etdikləri sadəcə xülyadan ibarətdir və Ermənistan daxili xaosdan xilas olmaq istəyirsə, Azərbaycan və ümumiyyətlə regiondakı digər dövlətlərə qarşı ərazi iddialarından və işğalçılıq siyasətindən vaz keçməlidir. Bəlkə o zaman regionda davamlı sülhə və sabitliyə nail olmaq olar. Dünən Rusiya və Azərbaycan prezidentlərinin Moskva görüşündə regionda münaqişədən sonrakı vəziyyətin müzakirə olunmasının özü belə artıq tərəflərin cənab prezidentin dediyi kimi Qarabağ münaqişəsinin başa çatdığını və hər hansı bir statusun mövcud ola bilməyəcəyini qəbul etdiklərinin sübutudur.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyəli araşdırmaçı yazar, Qərbi Azərbaycan İcmasının Ankara təmsilçisi Dr. Derya Akdemir deyib.

Araşdırmaçı yazar bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin bədən dili belə ölkə başçısının bu görüşdən gözləntilərinin nələr olduğunu çox gözəl bildiyini göstərirdi. Rusiya prezidenti də qarşısında müzəffər Ali Baş Komandan dayandığını, regionda yaxın dostluq münasibətləri üzərində əməkdaşlıq quran iki ölkənin bundan sonra regionda birgə addımlamalı olduğunu çox gözəl bilirdi: “Biz baş tutan bu görüşü regionun mövcud geosiyasi vəziyyətini göz önündə bulunduraraq analiz etsək görəcəyik ki, regionda maraqları olan bütün dövlətlər bu dəqiqədən sonra Azərbaycanı diqqət mərkəzində saxlayırlar. Bilirlər ki, artıq qarşılarında nəhai hədəfləri olan Azərbaycan var və bu əsas hədəfləri cənab prezident də dilə gətirməkdən artıq çəkinmir. Mən əminəm ki, cənab prezidentin səsləndirdikləri dövlətin qarşısına qoyduğu əsas hədəflərin sadəcə bir hissəsidir. Təbii ki, Rusiya prezidenti Vladimir Putin kimi təcrübəli bir siyasətçi və dövlət xadimi də bunu çox əla bilir. Rusiya Prezidenti ona görə də Ermənistanın bundan sonrakı taleyi ilə bağlı olduqda narahatdır və regionda sabitliyin bərqərar olunmasından başqa, həm də Cənubi Qafqazda mövcudluğunun Azərbaycanın əlində olmasını dünən baş tutan görüşdə bir daha sübut etdi. İpək yolu, Zəngəzur yolu kimi son dövrlərdə aktual olan mövzularda da Rusiyanın baxışı bəllidir və Rusiya yeni böyük iqtisadi riçarxı öz əlində saxlamaq istəyir. Amma bunu edərkən də maraqlarını regiondakı digər rəqiblərinə uduzmaq istəmir. Məhz bu üzdən dünən baş tutan görüş kimi daha bir neçə görüşün bundan sonra da davam etdiriləcəyi ehtimalı olduqca labüd görünür. Bu görüşü ciddi mənada Azərbaycan prezidentinin siyasi uğuru hesab etməliyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm