Nida Xəbər
Polisi döyən deputat danışdı: ona görə susmadım ki...
Sosial şəbəkələrdə haqqımda gedən fikir və açıqlamalardan məlumatlıyam. Jurnalist marağının peşə fəaliyyəti ilə bağlı olduğunu anlayışla qarşılayıram. Bunu da bilirəm ki, insaniyyətlik və həssaslıq göstərib şəxsimlə maraqlananlar da var.
Publika.az xəbər verir ki, bunu millət vəkili Eldəniz Səlimov qeyd edib.
O əlavə edib ki, təkcə ona görə susmayıb ki, deməyə sözü yoxdur: "Sadəcə, hörmətli həmkarlarımı və məsələyə həssas yanaşan şəxsləri çıxılmaz vəziyyətdə qoymamaq üçün aparılan araşdırmaların gedişatına mane olmamaq və açıqlamalarımın təsir, təzyiq kimi qarşılanmaması üçün bu neçə gündə susdum. Etdiyim hərəkətin yanlış olduğunun fərqində olmam da susmağımın səbəblərindən biridir. Bu səhvimə görə ilk növbədə möhtərəm Prezident cənab İlham Əliyevdən, mənə etimad göstərmiş YAP təmsilçilərindən, hörmətli həmkarlarımdan, seçicilərimdən və bütövlükdə xalqımızdan üzr istəyirəm. Üstündə dayanmayacağam, lakin deməliyəm ki, bu səhvə gətirib çıxaran çoxlu səbəblər, təhdid və təzyiqlər də olub. İnanmaq istəyirəm ki, istintaq onları da obyektiv araşdıracaq, əməlimlə yanaşı, ona gətirib çıxaran səbəb və səbəbkarlara da obyektiv qiymətini verəcək".
Xatırladaq ki, Milli Məclisinin deputatı Eldəniz Səlimovun iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor" restoranında polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)