Nida Xəbər
Zakir Həsənov bir neçə hərbi obyektin açılışında - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində müasir standartlara cavab verən hərbi infrastrukturun yaradılması və qoşun xidmətinin təşkili üzrə tədbirlərin keçirilməsi davam edir.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Prezidentin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq sərəncamının icrası məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.
Müdafiə naziri Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.
Sonra Müdafiə naziri Komandanlığın tərkibinə daxil olan idarələrinin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub.
General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir











.webp)












.jpg)













