Nida Xəbər
Etibar Mirzəyev: "Biz burada yeni qardaşlıq salnaməsi yazırıq" - FOTO
"Çox sevinclə qeyd etmək istərdim ki, biz burada 743 nəfər şəxsi heyətimizlə və ölkəmizi təmsil edən mətbuat nümayəndələrimizlə birlikdə bütün Türkiyə ictimaiyyəti, icra orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, dövlət rəsmiləri, deputatlar tərəfindən olduqca xoş, isti münasibətlə qarşılanmışıq".
Publika.az "Report"a istinadla xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Türkiyənin Muğla şəhərində yerli jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini burada həm Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyi və əməkdaşları, həm də Azərbaycan mediasının nümayəndələri tərəfindən yeni bir qardaşlıq salnaməsinin yazıldığını bildirib: "Hər kəs bilməlidir ki, biz qardaş ölkədəki meşə yanğınları bitənə qədər buradayıq və yüksək peşəkarlıqla öz xidməti vəzifəmizi yerinə yetirməyə hazırıq".
Nazir müavininin sözlərinə görə, FHN-in əməkdaşları tərəfindən meşə yanğınlarının söndürülməsi istiqamətində görülən ciddi fəaliyyət sadə vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir: "Buradakı sadə vətəndaşlar, rayon və kənd əhalisi bizə təşəkkür edir. Biz isə bu fəaliyyətin vəzifə borcumuz olduğunu bəyan etmək istəyirik. Sonuna qədər qardaşlarımızın yanındayıq".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
