Nida Xəbər
"İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı əmri tam icra edilib" - General
"Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyduğu əmr tam olaraq yerinə yetirilib. İyulun 30-dan başlayaraq FHN qüvvələri Muğla şəhərinə gəlib. Gəldiyimiz ilk gündən iştirak etdiyimiz yanğın bölgələri Milas, Yeniköy İES, Kəmərköy İES olub. Bu ərazilər ən şiddətli yanğınların baş verdiyi ərazilərdir".
Publika.az xəbər verir ki, Türkiyəyə ezam olunmuş müxbirimizin məlumatına görə, bu sözləri fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev yanğınlarla bağlı bu gün keçirilən yekun iclasda deyib.
“Sözügedən İES-lərdə yanğının qarşısı tam alınıb. Hazırda orada növbətçilik sistemi təşkil olunub. Azərbaycanlı yanğınsöndürənlər həmin ərazidə növbətdədirlər”, - nazir müavini deyib.
E.Mirzəyev çıxışının davamında Türkiyədəki yanğın bölgələrində azərbaycanlı yanğınsöndürənlər tərəfindən lokallaşdırılan ərazilərin adlarını sadalayıb. Bildirib ki, ümumilikdə, təyyarə və helikopterimiz 1404 ton yanğın yerlərinə su töküb. Təyyarəmiz 98 dəfə havaya qalxıb, 837 ton yanğın ocaqlarına su töküb. Helikopterimiz isə 204 dəfə havaya qalxaraq 567,5 ton su töküb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular




































.jpg)

.jpg)