Nida Xəbər
"Taliban"ı hansı qüvvələr irəli çəkir? - HƏDƏF MƏRKƏZİ ASİYADIR
"Əfqanıstanda baş verən son proseslərlə bağlı verilən açıqlama və təhlillərdə bir çox hallarda tələskənliyə və səthi yanaşmaya yol verilir. Halbuki bu proseslər səbəbsiz deyil və çox mürəkkəb geosiyasi və geoiqtisadi qarşıdurmanı hədəf alır. Söhbət Çinin 2013-cü ildən başlıca qlobal layihəsi olan - "Bir qurşaq - bir yol" layihəsidir. Əfqanıstan isə bu layihədə olduqca önəmli nöqtədir.
Nə baş verir? ABŞ Əfqanıstandan çıxdığını elan edir. Bunun fonunda ilk işləri Çini hədələmək olan taliblər, çox sürətli bir şəkildə Əfqanıstan üzərində nəzarəti tam ələ keçirir. Bu isə bütünlükdə Mərkəzi Asiyanı hədəf taxtasına çevirir. Həmin Mərkəzi Asiyanı ki, sözügedən layihədə önəm daşıyır.
Bu zaman bölgədə marağı olan ayrı-ayrı ölkələrin hədəflərinin ciddi şəkildə toqquşmasını görürük".
Publika.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Vüqar Zifəroğlu bildirib. O, "Taliban"ın qüvvətlənməsini xarici dəstəklə əlaqələndirib:
"Gəlin, mövqe və münasibətləri nəzərdən keçirək.
Deməli, ABŞ Mərkəzi Asiyada Əfqanıstan üzərindən Talibanı irəli çəkir. Bu o Talibandır ki, 70-ci illərin sonlarında məhz silahlı islami hərəkat kimi Sovetlərə qarşı Amerika tərəfindən yaradıldı və dəstəkləndi. İndi isə Çinin Mərkəzi Asiya həmləsinə qarşı irəli cəkilir.
Talibanın başına hərəkatın Qətər nümayəndəliyinin rəhbəri gətirilir. Bu həmin Qətərdir ki, Yaxın Şərqin ən kilid ölkəsidir, ABŞ-ın strateji müttəfiqidir və ərazisində ən çox amrrikali hərbi kontingent olan ölkədir. Yəni Amerika talibləri məhz Qətər vasitəsilə nəzarətdə saxlamağı planlaşdırır. Amma Qətər həm də Türkiyənin ən önəmli müttəfiqidir. Bura Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının Talibanı tanıyacaqları ilə bağlı mövqelərini də əlavə etmək lazımdır. Hər iki ölkənin Türkiyə ilə münasibətləri ziddiyyətlidir. Türkiyə isə "Bir qurşaq-bir yol" layihəsini dəstəkləyir. Türkiyə həm də Pakistanla müttəfiqdir. Və Pakistan həm də Çinlə yaxın strateji müttəfiqdir və sözügedən layihəni tam dəstəkləyir. Eyni zamanda Talibanla münasibətləri normaldır, talibləri taniya biləcəkləri ehtimalı realdır.
Burada isə Çinin də dəstəyi ilə Mərkəzi Asiyada Pakistanın artan nüfuzuna qarşı Hindistanı irəli çəkən Rusiya və İran yada düşür. Həmin Rusiya və İranın isə ənənəvi olaraq sözügedən bölgə üzərində təsir imkanları var. Ruslar Orta Asiyanın qarışmasında maraqlı deyillər, belə ki, həmin bölgədə El-Qaidə dəstəkçisi olan kifayət qədər passiv hücrələr var, bu hücrələlərin aktivləşməsi zaman məsələsidir. Növbəti mərhələdə prosesin Şimalı Qafqaza keçməsi də realdır. İran isə zatən etnik ərəblər və bəlucalar yaşayan bölgədə sıxıntı çəkir (bir necə gün bundan əvvəl Xuzistanda yaşanan və tezliklə bütün ölkə üzrə öz təsirini göstərmiş su qiyamı buna əyani sübutdur, əlavə olaraq məzhəb faktoru işə düşür), Pakistan isə etnik bəluclara (məzhəbsəl və etnik faktor) dəstək verir. Lakin həm Rusiya, həm İran eyni zamanda Çinin "bir qurşaq-bir yol" layihəsində maraqlıdırlar. Onlar Türkiyə ilə də müttəfiqdirlər (Astana formatı). Baxmayaraq ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu layihədə önəmli oyunçu, Çinin tam dəstəklədiyi, Türkiyənin yaxın müttəfiqi Pakistana qarşı Hindistanı dəstəkləyirlər.
Beləliklə mürəkkəb şahmat partiyasını xatırladan gedişlərlərlə müşayət olunan bu oyunda, hər fiqurun öz marağı var. Kimin şah, kimin vəzir, kimin piyada olduğu isə yaxın bir ayda bəlli olacaq. Sadəcə unutmaq olmaz ki, şahmatda piyada vəzir də ola bilir və rəqibin şahının "mat" vəziyyətinə düşməsinə səbəb olur. Xatirlatmaq istərdim ki, 2011-ci ildə Yaxın Şərqdə ərəb baharı başladılanda da, hədəflər başqa idi, nəticə tam əksi oldu..."
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO