Nida Xəbər
Bu yolda Azərbaycanın sərhəd və gömrük xidmətləri qurulmalıdır, ya da ermənilər... - Vilayət Quliyev
Ermənilər yenə şüvən qaldırıblar. Gorus-Qafan yolunun Azərbaycandan keçən hissəsini Ermənistanın suveren ərazisi adlandırırlar. Belə çıxır ki, erməni yolları da eksterritoriallıq hüququna malikdir?
Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı keçmiş səfiri, professor Vilayət Quliyev qeyd edib.
O bildirib ki, həyasızlığın həddi-hüdudu yoxdur: "Beynəlxalq hüquq mütəxəssisi deyiləm. Amma düşünürəm ki, ermənilər "dövlətlərarası yol" dedikləri bu trassanı ya tam şəkildə öz ərazilərindən keçməklə yenidən çəkməli, ya da burada Azərbaycanın sərhəd və gömrük xidmətləri qurulmalıdır. Əks təqdirdə, torpaqlarımızdan keçən yoldan müftə istifadə etmək bir yana qalsın, oranı həm də Ermənistanın suveren ərazisi kimi qələmə verib dünyanı üstümüzə qaldıracaqlar. Necə olur ki, dövlətlər bir-birinin hava məkanından istifadə edəndə də icazə alırlar, amma Azərbaycandan keçən yol ermənilərin suveren ərazisi sayılmalıdır?", - V.Quliyev əlavə edib.
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu



































