Nida Xəbər
Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsini EKOLOJİ FƏLAKƏT adlandırdı - FOTO
Dünya şöhrətli fotoqraf Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsi nəticəsində yaranan ekoloji fəlakətə biganə qalmayıb.
Publika.az xəbər verir ki, “Ekoloji cinayət, Qarabağ, Azərbaycan” başlıqları ilə fotolar paylaşan fotoqraf çayın çirkləndirilməsi və onun fəsadları ilə bağlı məlumat verib.
O, bildirib ki, Oxçuçay Ermənistandan başlayaraq, Azərbaycan ərazisindən keçir və Xəzər dənizinə tökülməzdən əvvəl İran və Azərbaycan arasındakı təbii sərhəd olan Araz çayına birləşir.
“Ermənistan tərəfində iki böyük mədən zavodu mövcuddur: Qacaran-Zəngəzur mis-molibden və Qafan dəmir filizi emalı fabriki. İstehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya tökülür. Almaniyanın “Croniment” mədən şirkəti Ermənistanın Zəngəzur mis-molibden zavodunun 60% səhmlərinə sahibdir. Onların internet səhifələrində “Metallar bizim ehtirasımızdır” deyilir. Çaydakı nikelin miqdarı normadan 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə yüksəkdir. Mart ayında çaydakı forel və digər balıqların kütləvi məhv olmaları müşahidə olundu. Belə görünür ki, çay erməni istehsalçıları tərəfindən sənaye tullantılarının ölkə ərazisindən Azərbaycana göndərilməsi məqsədilə kollektor kimi istifadə olunur. Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliklər götürməyib. Xəzər dənizinə tökülməzdən əvvəl həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz bir ekoloji fəlakət müşahidə olunur”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

























.jpg)


