Nida Xəbər
Əli Əliyevə qarşı İLGİNC İTTİHAMLAR: Onu kim danışdırır?
BAXCP sədrinin müavini Əli Həziquliyev adaşı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevi sərt ittiham edib. “Xalq cəbhəsi.az” saytına danışan sədr müavini deyib ki, Əli Əliyev siyasətə qatıldığı gündən neçə siyasi bloka qoşulub, sonra da hamısını ittiham edib. Məhz bu səbəbdən ondan hökumətə və ölkəmizə ziyan vurmaq məqsədilə təbliğatda istifadə edilsə də, heç kim onu daha yaxına buraxmır.
Əli Həziquliyev deyib ki, Əli Əliyevin deputat seçilməsinə iqtidarın dəstək verməsi üçün deputat seçkilərində öz dairəsindən namizədliyini geri götürüb gedib İsa Qəmbərə alternativ olması isə hələ yaddan çıxmayıb.
BAXCP sədrinin müavini VİP sədrinin tanınmasında Etibar Məmmədovla qohumluq əlaqəsi və AMİP-də olmasının rol oynadığını da deyib:
“Sonralar da yeni qohumluq əlaqəsinə görə deputat olmaq niyyətinə düşdü, amma istəyi reallaşmadı”.
Publika.az Musavat.com-a istinadən xəbər verir ki, sədr müavini Ə.Əliyevi “1993-cü ilin iyununda AMİP funksioneri kimi Rusiya hərbi-sənaye kompleksinin adamı olan Surət Hüseynovun Gəncədə başlatdığı qiyama dəstək verməkdə” suçlayıb.
Ə.Həziquliyev Əli Əliyevi son vaxtlar hakimiyyət içindəki narazı adamların danışdırdığını da iddia edib:
“Hökumətin içərisindəki narazı adamlar tərəfindən ortaya atılan, məlumatlar ötürülən bu adam, Milli Məclisə boş qalan yerlərə seçilmək üçün hökumət tərəfindən dəstək veriləcəyinə təminat ala bilməyəndən sonra təhlükəli oyuna baş qoşub. Bu yolda qabağına çıxan siyasi fitnəkarları ifşa etmək onun vəzifəsidir” deyə, sədr müavini bildirib.
Əli Həzuquliyevin iddialarına və ittihamlarına Əli Əliyevin münasibətini öyrənmək istədik. Əli Əliyev isə mənasız və cəmiyyətdə bir qəpiklik dəyəri olmayan adamlara heç vaxt baş qoşmadığını, bu gün də baş qoşmaq istəmədiyini bildirib.
-
Səhiyyə01:11Bu vitamin yüksək dozada qəbul etdildikdə mücüzə baş verir
-
Qoroskop00:00Günün ULDUZ FALI - Uğur qazanmaq şansınız yüksəkdir
-
Rəsmi xronika23 Avqust 23:55Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - VİDEO
-
Art23 Avqust 23:47Azərbaycanın Xalq artisti vəfat etdi - FOTO
-
Rəsmi xronika23 Avqust 23:36"Mirzə Uluqbəy adına məktəb dostluğumuzun və qardaşlığımızın rəmzidir" - VİDEO
-
Hadisə23 Avqust 22:12Bakıda yaşayış binasındakı yanğın söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Nida Xəbər 23 Avqust 21:48İlham Əliyevin şərəfinə verilən dövlət ziyafətinin MENYUSU
-
Elm və təhsil23 Avqust 21:12Füzulidəki məktəbin direktoru Prezidenlərin qarşısında çıxış etdi - VİDEO























.jpg)











