Nida Xəbər
Qardaşlaşmış limanların dördüncü iclası keçirildi
Sentyabrın 6-da Türkiyənin Samsun şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) qardaşlaşmış limanların dördüncü iclası keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-dən Publika.az-a bildirilib ki, görüşdə qardaşlaşmış limanlar olan Bakı Limanı, Qazaxıstanın Aktau və Kurik limanları və eyni zamanda, Samsun Limanının fəaliyyəti barədə təqdimat həyata keçirilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Beynəlxalq əməkdaşlıq departamentin rəhbəri Aynur Səmədova Bakı Limanı ilə bağlı məlumat verərək bildirib ki, yük daşıma göstəricisi hər il yaxşılaşan Liman növbəti dəfə Avropa Dəniz Limanları Təşkilatının (“European Sea Ports Organization” - ESPO) Liman Ətraf Mühitin Təhlili Sistemi (PERS) – “EcoPorts” sertifikatına layiq görülüb.
Bakı Limanında istifadəyə veriləcək gübrə terminalı ilə bağlı da məlumat verən departament rəhbəri əlavə edib ki, bu terminal ildə 2,5 milyon ton məhsulu aşırmaq gücünə sahib olacaq və əlavə olaraq limanda ümumi tutumu 60 min ton olan iki anbar da istifadəyə veriləcək. Bu isə Orta Asiyadan, Azərbaycandan keçməklə qərb ölkələrinə daşınan gübrə məhsulunun həcmini əhəmiyyətli dərəcədə artıracaq. Ümumilikdə tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna cəlb edilən yükün həcminin artırılması üçün fikir mübadiləsi aparıblar.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



.jpg)















.jpg)
.jpg)





