Nida Xəbər
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Lənkəran Ağır Cinayətlər Məhkəməsində işinə baxılan vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, vəziyyətində ağırlaşmalar olduğundan o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib.
İlkin məlumatlara görə, süni tənəffüs aparatına qoşularaq intensiv müalicə olunur. Həkimlərin rəyinə əsasən, o, şəkər, hipertoniya, ürək çatışmazlığı və bu kimi digər ciddi yanaşı xroniki xəstəliklərdən də əziyyət çəkir.
Məlumatı Oxu.Az-a onun vəkili təsdiq edib.
Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyev Gəncə İstintaq Təcridxanasında koronavirusa yoluxub. Sentyabrın 7-də səhhəti pisləşən sabiq icra başçısı Gəncə modul tipli xəstəxanaya yerləşdirilsə də, sentyabrın 8-də orada dünyasını dəyişib.
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı











.jpg)












.jpg)













