Nida Xəbər
Kəmaləddin Heydərov Bağçı ilə görüşdü
Sentyabrın 20-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Publika.az-ın xəbərinə görə, nazir K.Heydərov səfir C.Bağçını səmimi salamlayaraq ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib.
O xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mövcud səmimi qardaşlıq münasibətləri ölkələrimiz arasındakı əlaqələri keyfiyyətcə daha yüksək səviyyəyə qaldırıb.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir C.Bağçı Azərbaycan və Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün hər iki ölkə başçılarının gördüyü çoxşaxəli fəaliyyəti qeyd edib.
Səfir çətin günlərdə hər zaman bir-birinə qardaşlıq əlini uzadan iki ölkə arasındakı bu münasibətlər çərçivəsində cari ilin iyul-avqust aylarında Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınlarının söndürülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında göstərilən böyük köməkliyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Azərbaycanlı yanğınsöndürən-xilasedicilərə peşəkar və fədakar fəaliyyətlərinə görə minnətdarlığını bildirən səfir Türkiyənin də hər zaman qardaş Azərbaycanın yanında olduğunu vurğulayıb.
Nazir K.Heydərov öz növbəsində göstərdiyi diqqətə və minnətdarlığa görə Türkiyə səfiri C.Bağçıya təşəkkür edib və qardaş ölkədəki güclü meşə yanğınlarının söndürülməsi üçün zəruri köməkliyin göstərilməsi ilə bağlı ölkə başçısı İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinə verdiyi tapşırığın uğurla yerinə yetirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü qeyd edib. O, yanğınsöndürmə əməliyyatlarını müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan FHN-in Türkiyə Respublikasında meşə yanğınlarının söndürülməsində iştirak etmiş əməkdaşlarının mükafatlandırılması və əməliyyatlarda fərqlənən əməkdaşların təltif olunmaları barədə Prezidentin imzaladığı sərəncamları xatırladaraq, ölkə başçısının bu ali diqqət və qayğısının nazirliyin şəxsi heyətinin daha böyük əzm və səylə fəaliyyət göstərməyə həvəsləndirdiyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





