Nida Xəbər
Hafiz Hacıyevin səhhətindən xəbər var
“Hazırda özümü çox yaxşı hiss edirəm. Səhhətim çox yaxşıdır. Artıq işə də çıxıram”.
Bunu Publika.az-a açıqlamasında bir müddət əvvəl səhhəti qəflətən pisləşən və xarici ölkələrdən birinə müalicə üçün üz tutan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib. MMP sədri bildirib ki, səhhətində problem yoxdur: “Neçə illərdir ki, məzuniyyətə çıxmırdım. Gərgin rejimdə çalışırdım. Bu da səhhətimə öz mənfi təsirini göstərmişdi. Allaha şükür, indi səhhətimlə bağlı hər şey qaydasındadır. İşimin başındayam. Jurnalistlərlə görüşürəm, artıq partiyanın İdarə Heyətinin iki iclasını da keçirmişik. Mərkəzi Şuranın iclasına hazırlaşırıq”.
Hafiz Hacıyev partiyasının narkomaniya ilə mübarizə apardığını da deyib: “Partiyanın rayon təşkilatlarına göstəriş vermişəm ki, narkomaniya ilə məşğul olan insanlarla bağlı bizə məlumat versinlər. Çünki rayon təşkilatlarının üzvləri daha çox xalq arasında olur. Biz də həmin məlumatları lazımi yerlərə çatdıracağıq. Bu vəziyyətdən çıxmaq lazımdır. Ölkədə narkomaniya ilə bağlı vəziyyət gərgindir. Biz də buna qarşı mübarizə aparırıq”.
Müasir Müsavat Partiyasının sədri bildirib ki, partiyasında koronavirusa yoluxanlar demək olar ki, yox dərəcəsindədir:
“Rayon təşkilatlarından cəmi bir-iki nəfər yoluxmuşdu. Bəzi qurumlar sağ olsun, həmin adamların müalicəsinə köməklik göstərdilər. Mənim bir müavinim də yoluxanlar arasında idi. O da dövlətin köməkliyi ilə müalicə olundu. Xəstəxanalara da tapşırdılar və orada da köməklik göstərildi. Hər halda partiyada yoluxma ilə bağlı elə bir ciddi məsələ yoxdur. Hər şey öz qaydasına düşüb”.
Tural Turan
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)
























.jpg)


