Nida Xəbər
Səfir Zubeyda Cəlalla müdafiə sahəsində əməkdaşlıqdan danışdı
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Zubeyda Cəlal ilə görüşüb.
Publika.az xəbər verir ki, Azərbaycan-Pakistan münasibətlərindən söz açan səfir bu münasibətlərin yüksək səviyyədə olmasında hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. X.Fərhadov ölkələrimiz arasında fəaliyyət göstərən Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının əhəmiyyətindən bəhs edərək bu komissiyanın iclasının bu ilin sonuna kimi keçirilməsinin razılaşdırıldığını bildirib.
Diplomat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Pakistan yüksək səviyyəli siyasi əlaqələrinə uyğun olaraq iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadi-ticarət sahəsində münasibətlərin inkişaf etdiriməsinə dair müvafiq tapşırıqlar verdiyini söyləyib, bu istiqamətdə görülmüş işlər və çoxsaylı potensial layihələr haqqında xanım naziri məlumatlandırıb.
X.Fərhadov Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılmasının iki ölkə arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.
Zubeyda Cəlal səfir Xəzər Fərhadovu təyinatı münasibətilə təbrik edib və ona yeni fəaliyyətində uğurlar arzulayıb. Xanım nazir Azərbaycan və Pakistan arasındakı münasibətlərin cari vəziyyətinin yüksək olmasından məmnunluğunu ifadə edib. O, Pakistanın Baş naziri İmran Xanın Azərbaycanla əlaqələrə xüsusi diqqət yetirilməsi ilə bağlı təlimatını aldığını vurğulayaraq iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün lazımi işlərin aparılacağını əminliklə bildirib.
Komissiya çərçivəsində Azərbaycanın və Pakistanın müvafiq qurumları arasında enerji, nəqliyyat, təhsil, səhiyyə və informasiya texnologiyaları sahələrində işçi qruplarının yaradılması təklifini dəstəkləyən xanım nazir iki ölkə arasında potensial əməkdaşlıq sahələrindən bəhs edərək müdafiə sənayesi sahəsi üzrə əməkdaşlıq imkanları barədə məlumatları da diqqətə çatdırıb.
Görüşdə, həmçinin Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının gücləndirilməsinin əhəmiyyəti barədə də fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)























.jpg)

.jpg)