Nida Xəbər
Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edildi
Osloda həftəsonu məktəbimiz və NAYO birlikdə 44 günlük II Vətən Müharibəsinin ildönümü ilə bağlı “Qarabağ Azərbaycandır” adlı foto-sərgi təşkil edib.
NAYO təşkilatından Publika.az-a verilən məlumata görə, sərgidə istedadlı və gənc fotoqraf Rüstəm Fərman İsmayılovun müəllifi olduğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpadan sonrakı fotoları, Zəfər Günü ilə bağlı fotolar sərgi iştirakçılarına təqdim edilib. Eyni zamanda, sərgidə işğaldan azad edilmiş ərazilərimizlə bağlı kitab sərgisidə nümayiş edilmişdir.Həftəsonu məktəbimizin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan və Türkiyə bayraqlarıda sərgi iştirakçıları tərəfində maraqla qarşılanıbdır. Sərgi şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər ətrafında davam edibdir.
Məktəbin fəal şagirdi Şanay Şəkari Xarıbülbül rəsmini böyük sevgi və məhəbbətlə xatirə lövhəsi üzərində çəkibir. Şagird və valideynlərimiz xatirə lövhəsində 44 günlük Il Vətən Müharibəsi ilə bağlı hiss və təəssüratlarını yazmış və rəsmlər çəkdilər.
Sərgi iştirakçılarına xarıbülbül nişanı hədiyyə edilib.
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq




































